Icma.az
close
up
RU
Amnistiya təşəbbüsü və dövlətçilik dəyərlərimiz ŞƏRH

Amnistiya təşəbbüsü və dövlətçilik dəyərlərimiz ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Cənab Prezidentimiz İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” kimi elan etməsi müasir Azərbaycanımızda dövlətçiliyinin ideoloji əsaslarının, hüquqi sisteminin və həmçinin milli suverenlik anlayışının cəmiyyətə daha dərindən aşılanmasına xidmət edən strateji qərar idi. Bu il çərçivəsində ölkəmizdə irəli sürülən təşəbbüslərlə yanaşı amnistiyanın elan edilməsi təşəbbüsü xüsusi və önəmli əhəmiyyət kəsb edir,belə ki,dövlətin hüquqi, sosial və mənəvi mahiyyətini özündə toplayır.

Amnistiya təşəbbüsü həmdə bir tərəfdən Konstitusiyanın ali hüquqi qüvvəsini və hüquqi dövlət prinsipini ön plana çıxarır,bununla yanaşı Azərbaycan dövlətinin humanist mahiyyətini, vətəndaşa yönəlik siyasətini və sosial ədalətə sadiqliyini nümayiş etdirir.Bu addım Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə formalaşmış dövlət idarəçiliyinin insan mərkəzli və dayanıqlı inkişaf yönümlü xarakterini bir daha təsdiqləyir.

Dayanıqlı İnkişafı Təmin Edən Dövlətçilik Ənənələrinə bir sıra nüanslar daxildir.Azərbaycanın müasir dövlətçilik ənənələri Ümummilliliderimiz Heydər Əliyevin siyasi irsi əsasında formalaşmış və Cənab Prezident İlham Əliyev tərəfindən uğurla həmçinin əzmlə davam etdirilərək yeni mərhələyə yüksəlmişdir.1995-ci il Konstitusiyası Azərbaycan Respublikasının müstəqil, suveren və hüquqi dövlət kimi inkişaf yolunu müəyyən etdi, dövlət-vətəndaş münasibətlərinin əsas prinsiplərini formalaşdırdı.

Ölkə başçımızın həyata keçirdiyi siyasət göstərir ki, dövlətçilik anlayışı yalnız ərazi bütövlüyünün və suverenliyin qorunması ilə məhdudlaşmır.Bu anlayış eyni zamanda ictimai sabitliyin qorunması, hüquqi institutların gücləndirilməsi,sosial rifahın yüksəldilməsi və cəmiyyətin bütün təbəqələrinin inkişaf prosesinə cəlb olunmasını nəzərdə tutur.Sadaladağım bu proseslərin hər biri Cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilmişdir.Amnistiya təşəbbüsü də bu baxımdan dövlətin öz hüquqi mexanizmlərini cəmiyyətin ehtiyaclarına uyğun olaraq tətbiq etdiyini sübut edir.

Dayanıqlı inkişafın əsas şərtlərindən biri də cəmiyyətlə dövlət arasında qarşılıqlı etimadın mövcudluğudur.Amnistiya aktları bu etimadın möhkəmlənməsinə xidmət edir həmçinin hüquqi sistemə inamın artmasına və sosial harmoniyanın təmin edilməsinə xidmət göstərir. Bu təşəbbüs sübut edir ki,Azərbaycan dövləti öz humanizm və siyasətini uğurla qət edir.

Bildiyimiz kimi Konstitusiya və Suverenlik həmdə Hüquqi dövlətin möhkəm təməlidir.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya təşəbbüsünün irəli sürülməsi dərin siyasi və hüquqi məna daşıyır.Bu addım Konstitusiyanın yalnız normativ sənəd kimi deyil,həmdə canlı hüquqi mexanizm olduğunu, onun insan hüquqlarının qorunmasında və ya sosial münasibətlərin tənzimlənməsində mühüm rol oynadığını bir daha göstərir.Suveren dövlət anlayışı hüquqi müstəqilliklə yanaşı,öz daxili siyasətini humanist dəyərlər üzərində qurmaq bacarığını da ehtiva edir. Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən amnistiya aktı Azərbaycanın suveren qərarvermə iradəsinin, milli hüquqi ənənələrinin və beynəlxalq humanitar normalara uyğun siyasətinin bariz nümunəsidir.Humanizm Cənab Prezidentimiz İlham Əliyevin dövlət siyasətində xüsusi yer tutur və bu prinsip bütün sahələrdə özünü ardıcıl və uğurlu şəkildə göstərir. Sosial yönümlü islahatlar,əhalinin həssas qruplarına göstərilən qayğı,sevgi,mütəmadi əfv sərəncamları və amnistiya təşəbbüsləri bu siyasətin necə uğurla aparıldığının göstəricisidir.

Amnistiya təşəbbüsü insanın səhv edə biləcəyini, lakin eyni zamanda islah olunmaq və cəmiyyətə yenidən inteqrasiya etmək hüququna malik olduğunu qəbul edən humanist yanaşmanın ifadəsidir.Bu siyasət cəzalandırmanı məqsəd yox,vasitə kimi dəyərləndirir və əsas hədəf kimi insanın cəmiyyət üçün faydalı fərd kimi formalaşmasını ön plana çəkir.Bir sözlə desək insanın yenidən düzgün və sadiq vətəndaş kimi formalaşmasına imkan yaradır.

Humanizm prinsipi həm də ailə institutunun qorunması, sosial bağların möhkəmləndirilməsi və mənəvi dəyərlərin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Amnistiya aktları minlərlə ailə üçün yeni həyat mərhələsinin başlanğıcı deməkdir həmçinim cəmiyyət üçün isə mərhəmət və ədalətin vəhdətinin real göstəricisidir.Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən amnistiya aktları sosial ədalət anlayışının praktiki təzahürüdür. Bu təşəbbüs hüquqi məsuliyyəti aradan qaldırmadan, müəyyən kateqoriyadan olan şəxslərə ikinci şans verilməsini nəzərdə tutur. Beləliklə, dövlət cəmiyyətin təhlükəsizliyini qorumaqla yanaşı, sosial inklüzivliyi və mənəvi sağlamlığı da təmin edilir.Bu yanaşma beynəlxalq təcrübədə də mütərəqqi model kimi qəbul olunur və Azərbaycanın hüquqi dövlət kimi beynəlxalq nüfuzunu daha da möhkəmləndirir.

Prezidentimiz İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiyanın elan edilməsi təşəbbüsü Azərbaycan dövlətinin gücünün, müdrikliyinin və humanist mahiyyətinin parlaq ifadəsidir. Bu təşəbbüs bir daha sübut edir ki, Azərbaycan dövləti güclü suverenliyə, möhkəm Konstitusiyaya və insan amilini ön planda tutan dövlət siyasətinə malikdir.

Amnistiya aktı hüquqi dövlət prinsipinə sadiqliyin, dayanıqlı inkişaf strategiyasının və humanist ideologiyanın vəhdətini əks etdirərək Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin strateji mahiyyətini aydın şəkildə ortaya qoyur.Biz də vətəndaşlar olaraq Ölkə başçımızın bu uğurlu uzaqgörən siyasətini dəstəkləməli və həmçinin hökümətimizə dəstək olaraq dövlətimizin inkişafı üçün çalışmalıyıq

Elgün Rüstəmli

YAP Yasamal rayon təşkilatının fəal gənci

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see547

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see494

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see376

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see307

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see266

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see251

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see245

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see237

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see219

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see212

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see208

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see202

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see200

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see191

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see190

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see189

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see183

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see181

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri