Icma.az
close
up
RU
Amnistiya təşəbbüsü ölkədə humanizm və hüquq normalarına sadiqliyin nümunəsidir ŞƏRH

Amnistiya təşəbbüsü ölkədə humanizm və hüquq normalarına sadiqliyin nümunəsidir ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi, cari ilin sonunda Azərbaycanda növbəti amnistisiya aktı qəbul ediləcək. Qeyd edək ki, Azərbaycan suverenliyinin bərpasının, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.

Yeri gəlmişkən, yaxın tariximizdə imzalanan əfv sərəncamları və amnistisiya aktları birmənalı şəkildə bizə onu deməyə əsası verir ki, müasir Azərbaycan dövlətinin siyasətində humanizm, sosial ədalət və vətəndaş rifahı əsas prioritetlərdən biri kimi çıxış edir. Bu baxımdan Prezident İlham Əliyevin irəli sürdüyü və dəstəklədiyi amnistiya təşəbbüsləri dövlətin cəza siyasətində mərhəmət, ədalət və islah prinsipinin ön planda tutulduğunu aydın şəkildə nümayiş etdirir. Amnistiya aktları təkcə hüquqi mexanizm deyil, eyni zamanda cəmiyyətin mənəvi dəyərlərinə söykənən, insan amilini əsas götürən siyasi iradənin ifadəsidir.

Onu da qeyd edək ki, Amnistiya anlayışı hüquqi baxımdan cinayət törətmiş şəxslərin cəzadan tam və ya qismən azad edilməsi, yaxud cəzanın yüngülləşdirilməsi kimi izah olunur. Lakin Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən amnistiya aktları bu anlayışı daha geniş müstəvidə – humanizm, sosial barış və ictimai məsuliyyət kontekstində təqdim edir. Dövlət burada yalnız qanunun icraçısı kimi deyil, həm də vətəndaşının taleyinə biganə qalmayan sosial institut kimi çıxış edir. Məlumdur ki, müstəqillik illərindən etibarən Azərbaycanda 12 amnistiya aktı həyata keçirilib ki, həmin aktlar da ümumilikdə 160 mindən artıq məhbusa şamil olunub. Həmin amnistiya aktlarının böyük əksəriyyəti də məhz İlham Əliyevin hakimiyyəti illərinə təsadüf edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə il sonuna qədər qəbul ediləcək növbəti amnistiya aktından 20 minə yaxın məhbusun yararlanması nəzərdə tutulur ki, bu da kifayət qədər geniş və əhatəli addımdır. Həm rəsmi statistika, həm də bu istiqamətdə həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin dövlətçilik, idarəçilik fəaliyyətində, bundan irəli gələrək irəli sürülən amnistiya təşəbbüslərində humanizm xüsusi yer tutur. Məlumat üçün qeyd etmək yerinə düşər ki, amnistiya aktları əsasən ilk dəfə cinayət törətmiş, az ağır və ağır olmayan cinayətlərə görə məhkum edilmiş şəxsləri, eləcə də qadınları, yetkinlik yaşına çatmayanları, ahılları, sağlamlıq imkanları məhdud şəxsləri və ailə başçısını itirmiş insanları əhatə edir. Bu yanaşma dövlətin sosial həssas qruplara diqqət və qayğısının bariz nümunəsidir. Humanist siyasətin əsas məqsədi insanı cəmiyyətdən təcrid etmək deyil, onu islah edərək yenidən sosial həyata qaytarmaqdır. Amnistiya alan şəxslər üçün bu qərar yeni həyat mərhələsinin başlanğıcı, cəmiyyətə inteqrasiya üçün ikinci şans kimi dəyərləndirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət göstərir ki, cinayət törətmiş şəxs ömürlük damğalanmamalı, düzgün istiqamət verildikdə faydalı vətəndaşa çevrilə bilər. Bu isə hüquqi və mənəvi baxımdan yüksək dəyər daşıyan yanaşmadır. Amnistiya aktları eyni zamanda cəmiyyətin dövlətə olan inamını gücləndirir. Vətəndaşlar görür ki, dövlət yalnız sərt cəza mexanizmlərinə söykənmir, eyni zamanda mərhəmət və bağışlama dəyərlərini də önə çəkir. Bu, dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimadın formalaşmasına, ictimai həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verir. Eyni zamanda, amnistiya təşəbbüsləri beynəlxalq müstəvidə də Azərbaycanın humanist və hüquqi dövlət imicini gücləndirir. İnsan hüquqlarının qorunmasına yönəlmiş bu addımlar ölkənin demokratik inkişaf yolunda atdığı ardıcıl addımların göstəricisidir.

Ən əsası, Amnistiya aktları və əfv sərəncamlarının bir qayda olaraq xalqımız və dövlətimiz üçün əlamətdar günlər ərəfəsində, bayram günlərində elan edilməsi xüsusi diqqət çəkir. Bildiyimiz kimi 31 dekabr Yeni il bayramı ilə yanaşı Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Amnistiya aktının da məhz bu günlərə təsadüf etməsi Cənab İlham Əliyevin on minlərlə ailəyə sevinc bəxş etməsi, bir növ bayram hədiyyəsi təqdim etməsi deməkdir. Bu addım həm də birliyimiz və həmrəyliyimizin daha da möhkəmləndirilməsinə xidmət edəcək addımlardandır.

Anar Rzayev,

YAP Göygöl rayon təşkilatı üzrə Şəhriyar kənd ərazi partiya təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Dekabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see247

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see244

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see238

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see232

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see219

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see216

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see210

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see188

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see179

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see179

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see178

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see159

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri