Amorim məğlubiyyətdən sonra bu mövsüm 1 qol vuran futbolçunu təriflədi
Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasının 35-ci turunda "Brentford"dan səfərdə aldıqları məğlubiyyətdən (3:4) sonra komandanın yarımmüdafiəçisi Meyson Mauntdan danışıb.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssisin bu matçda ilk qolu vuran futbolçu barədə dediklərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Maunt çox ağıllıdır. Onda hər şey alınır. Meyson məşqlərdə səylə çalışır və həmişə daha artığına nail olmaq istəyir. O, mümkün qədər çox oynamağa can atır. Meysondan çox razıyam".
Xatırladaq ki, Maunt MY-yə 2023-cü ilin yayında, 60 milyon avro qarşılığında "Çelsi"dən transfer olunub. Cari mövsüm mankunianların forması ilə bütün turnirlərdə 21 matça çıxan orta xətt oyunçusu 1 qolla yadda qalıb. Onun Mançester təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 05 May 2025 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















