Beynəlxalq Avtomobil Federasiyası “Formula 1” komandaları üçün hazırladığı qalmaqallı mühərriklərlə bağlı iclas keçirəcək
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yanvarın 22-də Beynəlxalq Avtomobil Federasiyası (FIA) “Formula-1” komandaları üçün “Mersedes”in 2026-cı il mövsümü üçün hazırladığı qalmaqallı mühərriklərlə bağlı növbəti iclas təşkil edəcək.
İdman.Biz xəbər verir ki, “Corriere dello Sport” nəşrinin məlumatına görə, müzakirələrin əsas mövzusu güc qurğularında tətbiq olunan sıxılma dərəcəsi olacaq.
Bildirilir ki, “Ferrari”, “Honda” və “Audi” bu məsələ ilə bağlı FIA-ya təzyiq göstərməkdə davam edir.
“Red Bull” neytral mövqe tutsa da, alman istehsalçının texnologiyasını tam şəkildə təkrarlaya bilmədiyi üçün çətinliklərlə üzləşib.
İclasın məqsədi münaqişəni həll etməkdir və qeyd olunur ki, adıçəkilən istehsalçılar mövsümün gedişində bu mühərrikin mümkün qədər tez qadağan edilməsini tələb edirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 10 Yanvar 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















