Icma.az
close
up
RU
Ana ali təhsilli və dünyagörüşlü olmalıdır ki... Ekspert

Ana ali təhsilli və dünyagörüşlü olmalıdır ki... Ekspert

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"Emin Əmrullayevin qızların təhsilində əlçatanlıq və keyfiyyət parametrləri ilə bağlı səsləndirdiyi fikirlər təbii ki, nəzəri baxımdan çox dəqiq və gələcək üçün faydalı hesab olunan detallardır”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elmin Nuri elm və təhsil naziri Emin Əmirullayevin "anası ali təhsilli olan şagirdin nəticəsi daha yaxşı olur” fikirlərini şərh edərkən deyib. 

Ekspert hazırda bütün dünyada əmək bazarının tələb və prinsipləri, onu inkişaf etdirən, yaxud geri salan mexanizmlər, əmək bazarının aid olduğu cəmiyyətlə adekvatlıq dərəcəsi və s. kimi detalların xüsusi həssaslıqla incələndiyini vurğulayıb:

"Elə bizdə də əmək bazarının psixologiyası, tələbləri istiqamətində ciddi işlərin aparıldığını, tədqiqatların həyata keçdiyini deyə bilərik. Məsələn, Dövlət İmtahan Mərkəzinin hər il buraxdığı "Abituriyent” jurnalının 5-ci sayında hansı ixtisaslar üzrə dövlət sifarişli plan yerlərinin artıb-azalmasının statistikası təqdim olunur. Bu, əslində qarşıdakı 4 il üçün əmək bazarı istiqamətində aparılan hesablamanın ümumi göstəricisidir. Yəni, dövlətə daha çox lazım olan, onun əmək bazarının tələblərinə daha çox cavab verən ixtisaslara təbii ki, çox yer ayrılır. Əksi olduqda isə azaldılır". 


Elmin Nurinin fikirincə, məntiqə əsasən qarşıdakı illərdə əmək bazarının tələblərinə daha çox İT (informasiya texnologiyaları), süni intellekt, nanotexnologiya, robotexnologiya, mühəndislik, biotexnologiya kimi ixtisaslar cavab verəcək: 

"Övladını bu ixtisasların tədrisinə aparacaq yolda düzgün bələdçilik etmək istəyən ana isə nazir demişkən, ali təhsilli və daha dünyagörüşlü olmalıdır. Doğrudur, hər hansı fərdin daha dünyagörüşlü və intellektual olması üçün ali təhsil meyarı bəzən əsas götürülə bilməz. Amma bu halın başvermə ehtimalının faiz göstəricisi 100-lük şkala ilə maksimum 3-8% ola bilər. Yerdə qalan 92-97%-lik kəsim isə əmək bazarının gələcək ruhunu, dünyanın gələcək mənzərəsini övladına ötürməkdən ötrü ən azından ali təhsil mərhələsini keçməli və təhsil-iş dünyası əlaqəsinin gedişlərini bilməlidir. Çünki ali təhsil almış hər bir şəxs cinsindən asılı olmayaraq mütləq bu etapı keçir. Bir ananın bu yaşantını özündən keçirməsi və onu övladına daha dolğun şəkildə yansıtması isə çox vacibdir”. 

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev çıxışı zamanı bildirib ki, akademik ailələrdə böyüyən uşaqların göstəriciləri ali təhsili olmayan ailələrdə böyüyən uşaqların göstəricilərindən daha yüksəkdir: "Orta statistik göstəricilərə əsasən, anası ali təhsilli olmuş mühəndislik, riyaziyyat sahələrini seçmiş qızların sayı anası ali təhsilli olmayan qızların sayından çoxdur”. 


Bahar Rüstəmli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Fevral 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see232

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see231

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see228

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see224

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see222

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see212

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see211

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see209

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see195

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see193

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see192

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see192

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see189

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see187

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see185

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see179

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see171

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri