Banqladeşli ekspert: AQEM innovativ olmalıdır
Icma.az, Apa.az saytına istinadən bildirir.
Üzv ölkələrin xalqlarının əksəriyyəti AQEM-in nə olduğunu bilmir.
APA xəbər verir ki, bunu Banqladeş Beynəlxalq və Strateji Araşdırmalar İnstitutunun elmi işçisi Məhəmməd Aşiq Rəhman Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü toplantısınının “Beynəlxalq təşkilat kimi AQEM —transformasiya və institusional potensialın artırılması” sessiyasında çıxışı zamanı deyib.
O, AQEM-in xalq diplomatiyasına daha çox üstünlük verməli olduğunu vurğulayaraq, bu təşkilatın daha çox gəncləri özünə cəlb etməli olduğunu və AQEM haqqında ölkələrinin xalqlarına daha yaxşı tanıtdırılmalı olduğunu deyib.
Məhəmməd Aşiq Rəhman AQEM-in maliyyə mənbələrinin çatışmazlığından əziyyət çəkdiyini bildirib və adekvat maliyyələşmənin təmin olunması üçün bir mexanizm qurulmasına çağırıb.
“AQEM innovativ olmalıdır. Biz qlobal məsələlərdən geri qala bilmərik. Bizim regional təhülkəsizlik arxitekturamız olmalıdır”- Məhəmməd Aşiq Rəhman vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 10 Sentyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















