Icma.az
close
up
RU
Ana Brnabiç: Azərbaycan Serbiya üçün dost və müttəfiq ölkədir

Ana Brnabiç: Azərbaycan Serbiya üçün dost və müttəfiq ölkədir

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də ölkəmizdə səfərdə olan Serbiya Milli Assambleyasının sədri Ana Brnabiçin başçılıq etdiyi parlament nümayəndə heyəti Milli Məclisə gəlib. Qonaqlar parlamentin plenar iclas zalı ilə tanış olduqdan sonra Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar, Ana Brnabiç burada Xatirə kitabını imzalayıb. Sonra Milli Məclisin sədri Sahibə Qafarova və Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç arasında geniş tərkibdə görüş olub.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova dost və strateji tərəfdaş olan ölkələrimiz arasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolunu qeyd edib. O, bu kontekstdə Prezident İlham Əliyevin və Prezident Aleksandar Vuçiçin qarşılıqlı səfərlərinin, görüşlərinin və bu səfərlər zamanı imzalanmış sənədlərin önəmini diqqətə çatdırıb.

Milli Məclisin sədri münasibətlərin uğurlu inkişafından məmnunluğunu bildirərək, deyib ki, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirilir. O, parlamentlərarası əlaqələr kontekstində qarşılıqlı səfərlərin münasibətlərin inkişafına müsbət təsirini qeyd edib. Sahibə Qafarova parlamentlərarası əlaqələrin inkişafında qarşılıqlı dostluq qruplarının rolunu vurğulayıb, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıqdan məmnunluğunu bildirib və parlament komitələri arasında əməkdaşlığın yaradılması imkanlarından danışıb.

Serbiya Milli Assambleyasının sədri Ana Brnabiç ölkəmizdə şahidi olduğu inkişaf və qazanılan nailiyyətlərlə əlaqədar təbriklərini çatdırıb. O qeyd edib ki, Azərbaycan Serbiya üçün dost və müttəfiq ölkədir və biz bir-birimizi dəstəkləməkdən qürur duyuruq. O, ərazi bütövlüyü məsələsində Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.

Ana Brnabiç Azərbaycanın öz milli maraqlarını və dəyərlərini qoruyan bir ölkə olduğunu və Serbiyanın bunu çox yüksək qiymətləndirdiyini vurğulayıb.

Milli Assambleya sədri ölkələrimiz arasında iqtisadi sahədə mövcud olan münasibətlərin, o cümlədən enerji sektorunda əməkdaşlığın önəmini qeyd edib. O, enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsi olduğunu vurğulayaraq, bu istiqamətdə Azərbaycanın dəstəyinə görə təşəkkürünü bildirib.

Söhbət zamanı Ana Brnabiç parlamentin spikeri kimi iki ölkənin parlamentləri arasındakı münasibətlərin bundan sonra da inkişafı üçün çalışacağını qeyd edib.

Söhbətdə parlamentlər arasında qarşılıqlı təcrübə mübadiləsi və maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdən sonra qonaqlar Milli Məclisin foyesində yaradılmış və 44 günlük Vətən müharibəsinə həsr edilmiş “Zəfər guşəsi” ilə tanış olublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Sentyabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri