“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Apple” şirkətinin “iPhone”un 20 illiyinə həsr olunmuş xüsusi modeli üçün iki fərqli dizayn variantı üzərində işlədiyi iddia olunur.
Lent.az xəbər verir ki, iddiaya görə, 2027-ci ilin payızında təqdim edilməsi gözlənilən yubiley modeli üçün həm düz, həm də dörd kənarı əyri şüşə dizaynı sınaqdan keçirilir.
Məlumatı məşhur insayder “Ice Universe” yayıb. Onun sözlərinə görə, “Apple” hazırda ümumilikdə dörd prototipi sınaqdan keçirir. Onlardan ikisi düz şüşə, digər ikisi isə dörd tərəfdən əyilmiş şüşə ilə hazırlanıb.
Bununla belə, bu, şirkətin dörd fərqli “iPhone” modeli təqdim edəcəyi demək deyil. Düz şüşəli prototiplərin “Pro” və “Pro Max” versiyaları üçün alternativ dizaynlar olması və ya gələcək standart “iPhone 20” seriyasına aid edilməsi ehtimal olunur.
Dörd kənarı əyri şüşə dizaynında ekranın çərçivələrinin təxminən 1 millimetr qalınlığında olacağı bildirilir. Bu xüsusiyyət telefona demək olar ki, çərçivəsiz görünüş qazandıracaq.
“Apple”ın bu dizayn üzərində təxminən üç ildir işlədiyi bildirilir. İlk prototiplərdə şüşənin kənarlarının daha çox əyri olduğu, sonrakı mərhələlərdə isə bu əyriliyin azaldıldığı qeyd olunur.
Yubiley modelinin hansı adla satışa çıxarılacağı hələ məlum deyil. “Apple” məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Qeyd edək ki, “Bloomberg”in jurnalisti Mark Qurman da avqust ayında şirkətin metal çərçivənin yerini geniş şüşə səthlərin tutduğu daha iddialı dizayn variantından imtina etdiyini bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 20 Noyabr 2026 22:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















