Icma.az
close
up
RU
Ana dili gününə...

Ana dili gününə...

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Hər ilin bu günü həm də ölməz Cəlil Məmmədquluzadəni xatırladır. Ədibin felyetonlarının bir qismində öz ana dilində danışmağı ar bilən ziyalılar tənqid olunurdu. Təsadüfi deyil ki, Mirzə Cəlil "Molla Nəsrəddin" jurnalının ilk nömrəsində (Tiflis, 1906, 7 aprel) "Sizi deyib gəlmişəm" adlı felyetonunda ana dili məsələsinə toxunmuşdu: Məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım ki, mən sizlə türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, türk dilində danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir. Amma hərdənbir keçmiş günləri yad etmək lazımdır...

Cəlil Məmməduluzadənin əziz xatirəsini bu gün də minnətdarlıqla yad edir və onun ana dilimizlə bağlı bir neçə felyetonunu təqdim etməklə, müasir dövrümüzdə dilə xələl gətirənlərə onlardan heç bir fərqləri olmadığını çatdırmaq istəyirik.

***

Ana dili

Tatarlar ana dilindә yazdığı qәzetlәri oxuyanda Qafqaz cavanlarının ana dili danışmaqları yada düşür.

Tatar qәzetlәrinin biri İran barәsindә söhbәt açıb bir yerdә belә yazır: “Persiyada camaat şaxdan nedavolnudur”, yәni istәyir desin ki, “İranda camaat şahdan narazıdır”.

Yazıq bizim dilimiz: Qafqaz әdiblәrimiz "ana" әvәzinә "madәr" yazırlar. Tatar qәzetçilәrimiz dә "İranı" "Persiya" yazırlar.

Vә bunların adını da qoyurlar "ana dili". Yazıq analarımız nә "madәr" eşidiblәr, nә dә "Persiya". Bәli....

Cırcırama

"Molla Nәsrәddin", 16 mart, 1908, №11

***

Ana dili

Hәrdәn mәnim xәyalıma bir belә şey gәlir: Mәn universitet, yәni darülfünundan tәzә qurtarıb vәtәnimizә gәlәn günü şәhәrimizin qazisi Axund Molla Sәbzәli gәldi bizim evә mәnim görüşümә. Evimizdә heç kәs yox idi, anamdan savayı. Bu övrәt dә çıxdı o biri otağa vә qazi ilә biz başladıq söhbәti. Demәyinәn yazıq anam da qapının dalında durub qulaq asırdı.

Qazi içәri girәn kimi mәn qabağa yeridim vә dedim: salam mәleyk. Cәnab qazi mәnә cavab verdi ay әssalamü әleyküm, ay xudahafiz, әhvali-şәrif, әnasiri-lәtif, maşaallah, maşaallah, Әxәvizadә, neçә müddәtdi müntәziri-vucudi-zicudunuz vә müştaqi-didarınız idim, inşaallah zati-alinizin mәzacı-mübarәklәri salimdir.

Mәn bir şey başa düşmәyib dedim: da.

Cәnab qazi bir qәdәr baxdı mәnim üzümә vә genә başladı:

Әxәvizadә, tәhsili-fünunuzu әncama yetiribsiniz, ya dübarә tәkmili-nöqsan üçün darülelmә әvdәt etmәlisiniz?

Mәn genә bir şey başa düşmәyib dedim ki, cәnab axund, yaxşı panimat elәmirәm ki, nә әrz edirsiniz.

Axund soruşdu: necә?

Mәn dedim: çto?

Söhbәtimiz elә bu cür qurtardı vә axund başmaqlarını geyib çıxdı getdi. Anam girdi içәri vә mәnә dedi: balam mollaynan nә dil danışırdınız ki, mәn heç başa düşmәdim.

Dedim: ana, mollaynan biz ana dili danışırdıq.

Anam başını saldı aşağı vә bir qәdәr fikrә gedib dedi: Yazıq ana dili!

Hәrdәmxәyal

"Molla Nәsrәddin", 27 yanvar, 1907, № 4

***

Abirin və kilab

Bir neçә gün bundan әvvәl türk qәzetlәrinin birindә oxudum ki, rus әdibi mәşhur Krılov "Abirin vә kilab" adında bir tәmsil yazıb. Çünki mәn rusca az-çox oxumuşam vә mәlumdur ki, Krılovun tәmsillәrini mübtәdi mәktәblәrdә oxudurlar, çox tәәccüb elәdim ki, bu tәmsildәn mәnim xәbәrim yoxdur. Açdım Krılovun mәcmuәsini vә vәrәqlәyib, "Abirin vә kilab" adında bir tәmsil tapa bilmәdim. Sonra öz-özümә ha fikirlәşdim ki, görәsәn, "Abirin vә kilab" nә demәkdir?

Axırı әrәbi bilәnlәrin birisi mәni başa saldı ki, "abirin"-yәni әrәbcә keçәndәr, yolçular; "kilab"-yәni itlәr.

Burada mәn barmağımı dişlәdim: "a kişi, bu tәmsili biz rus dәrsi oxuyan vaxt әvvәlinci il oxuyub әzbәrlәmişik".

İndi mәn çox heyfslәnirәm ki, әrәbcә savadım yoxdur; әgәr olsaydı, ömrümdә bircә kәlmә türkcә nә oxuyardım, nә yazardım, nә tәrcümә edәrdim.

Mәnim xәyalıma bir şey dә gәlir: rusca oxuyanlara mәlumdur ki, Krılov tәmsillәrini sadә rus dilindә yazıb ki, rus millәti yaxşı başa düşsün. Әgәr Krılov bilsәydi ki, türklәr onun tәmsillәrini türk dilinә tәrcümә edәndә yolçulara "abirin" vә itlәrә "kilab" adı qoyacaqlar, yәqin ki, Krılov da tәmsillәrini firәng, ya nemsә dilindә yazardı.

Heyf ki, mәn dә özgәlәr kimi әrab dilini dәrin oxumamışam.

Hop-hop.

"Molla Nәsrәddin", 25 avqust, 1906, № 21

***

Bizim “obrazovannılar”

Mənim bir rəfiqim var, özü də müsəlmandır, amma məni görəndə rus dilindən savayı özgə dildə danışmaz. Məsələn, söhbətimiz bu cür olur: mən onu görəndə deyirəm:

- Haradan gəlirsən?

O mənə belə cavab verir:

- Ya xodilna poçtu. (Mən poçta getmişdim.red)

Deyirəm:

- Dünən niyə bizə gəlmədin?

Cavab verir:

- K nam prişli qosti.(Bizə qonaq gəlmişdi. red)

Deyirəm:

- Yaxşı, qonaqlar gedəndən sonra gələydin!

Cavab verir:

- Net, uje bılo pozdno. (Yox, çox gec idi. red)

Deyirəm:

- Söz verirsən ki, sabah gələsən, bir az söhbət edək?

Cavab verir:

- Postarayus, no slovo ne dayu. (Çalışaram. Amma söz vermirəm. red)

Deyirəm:

- Xudahafiz!

Cavab verir:

- Do svidaniya! (Görüşərik. red)

Amma dostumun bir şeydən xəbəri yoxdur: xəbəri yoxdur ki, mən də rusca bir az danışa bilirəm!..

Axırı bir gün dostumdan soruşdum:

- Mən ölüm, mənə sözün doğrusunu de görüm, sən ki, otuz səkkiz il müsəlman içində tərbiyə tapıbsan, xəta olmadı ki, bir az rusca oxudun? Nə səbəbə sən mənlə heç müsəlmanca danışmaq istəmirsən?

Yoldaşım mənə rus dilində belə cavab verdi:

- Sluşay, kak-to stıdno koqda obrazovannıy çelovek po tatarski qovorit!.. (yəni obrazovannının müsəlmanca danışmağı eyibdir!).

- Çox sağ ol, rəfiqim, mən bunu bilmirdim!..

Deyirlər ki, həmin mənim rəfiqim rus şkolunda oxuyan vaxt bir gün anasına deyib:

- Ana! Pajaluysta, mənə bir şey svarit elə! (yəni bişir!).

Anası cavab verib:

- Bala, nə dedin?

Rəfiqim cavab verib:

- Ox, ox! Siz heç bir zad qanmırsınız! Mən deyirəm: bir zad bişir.

- Bala, nə bişirim?

- Çort yeqo znayet!.. Yadımdan çıxıb... Yumru olur, əti döyüb salırlar çölməyə, ya qazana... Bir cür adı var...

- Bala, küftə deyirsən?

- Hə...hə... qofta, qofta!

“Molla Nəsrəddin”, 14 aprel, 1906, №2

Mətanət Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 İyul 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1175

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see358

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see346

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see345

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see344

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see337

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see299

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see275

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see245

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see204

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see197

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see184

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see177

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri