Icma.az
close
up
RU
Ana dilimizi qorumalı, yaşatmalı və təbliğ etməliyik

Ana dilimizi qorumalı, yaşatmalı və təbliğ etməliyik

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyev həm SSRİ, həm də müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi dövrlərdə milli maraqlarımızın, milli-mənəvi dəyərlərimizin, tariximizin, mədəniyyətimizin, ana dilimizin qorunub-saxlanılması, yaşadılması və təbliğ edilməsi, gələcək nəsillərə çatdırılması istiqamətində yorulmaz fəaliyyət göstərib. Bu ali məqsəd ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin əsasını təşkil edib və dövlət siyasətinin prioritetlərindən biri olub. Bu, dahi şəxsiyyət Heydər Əliyevin yüksək vətənpərvərliyində, Azərbaycançılıq məfkurəsindən doğan fəaliyyətində özünü açıq büruzə verib. Ana dilimizə məhəbbəti xüsusilə seçilib və hər bir azərbaycanlı üçün əsl nümunə olub. Tarixi çıxışları sübut edir ki, ümummilli lider Heydər Əliyev hər zaman ana dilimiz haqqında danışarkən onu yüksək tərənnüm edərək doğma dilimizi milli sərvətimiz adlandırırdı. Xalqın milli kimliyini özündə daşıyan, tarixin ağır sınaqlarından çıxmış ana dilimiz ən böyük zənginliyimizdir. Bu gün qürurla deyə bilərik ki, qalib ölkənin qalib vətəndaşları olaraq öz zəngin söz bazası, ifadə tərzi ilə seçilən milli dilimizi dünyaya tanıtmaq missiyasını uğurla həyata keçiririk. Bu müqəddəs tarixi, siyasi missiyanın əsasını isə məhz ulu öndərimiz Heydər Əliyev qoyub.

Ulu öndərin dövlətimiz və xalqımız qarşısında xidmətləri danılmazdır. Onun uzaqgörən siyasəti nəticəsində müstəqil dövlətimiz bütün sahələrdə uğurlara imza atıb. Azərbaycanın tarixi dəyərləri, ana dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız isə sözün əsl mənasında özünün intibah dövrünü yaşayıb. Ümummilli liderimiz tərəfindən əsası qoyulan bu siyasi strategiya bu gün də dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə və milli maraqlarımıza tam cavab verərək məqsədyönlü islahatlarla davam etdirilir.

Vurğulamaq lazımdır ki, ulu öndər Heydər Əliyevin SSRİ dövründə üzləşdiyi bütün təzyiqlərə və təhlükələrə baxmayaraq Azərbaycan SSR-nin 1978-ci il tarixli Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması ilə bağlı irəli sürdüyü təşəbbüs olduqca əhəmiyyətli tarixi və siyasi hadisə idi. SSR-nin ali qanunlar toplusunda Azərbaycan dilinin dövlət dili kimi öz təsdiqini tapması ulu öndərimizin xalqımız qarşısındakı misilsiz xidmətlərindən biridir və bu, ana dilimizin, milli kimliyimizin təsdiqidir. Vətənə, millətə və tarixi kökümüzə, milli-mənəvi dəyərlərimizə sadiqliyi hər zaman nümunə olan ümummilli liderimiz Heydər Əliyevin ana dilimizi kənar təsirlərdən və təzyiqlərdən qoruması, bu dəyərləri müdafiə etməsi və təbliğ etməsi çox böyük tarixi, siyasi bir missiyadır. Bu müqəddəs missiya uzun illər müstəqil dövlətimizin və xalqımızın tarixinə işıq tutmuş, ulu öndəri milli dəyərlərimizin əsl hamisinə çevirmişdir.

Gələcək nəsillərimizə örnək olacaq bu tarixi təşəbbüsün nəticəsi olaraq Azərbaycan dilinə dövlət dili statusunun verilməsinin əhəmiyyəti tariximizdə ana dilimizin inkişafına və yayılmasına gətirib çıxarmışdır. Sonrakı tarixi mərhələlərdə isə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ana dilimiz öz rəsmi hüquqi statusuna qovuşmuşdur. Belə ki, müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi qəbul edilmişdir. Dahi şəxsiyyət ana dilimizlə daim fəxr etdiyini, dilimizin dünyanın ən zəngin dillərindən biri olduğunu və  bu dildə danışmaqdan böyük qürur duyduğunu bildirirdi.

Vüsar İsmayılov

Yeni Azərtbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 İyul 2026 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see627

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see318

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see307

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see300

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see297

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see295

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see282

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see268

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see263

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see254

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see248

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see239

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see234

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see234

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see234

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see230

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see228

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see226

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri