Icma.az
close
up
RU
Dövlət dilimizi qorumalı və inkişaf etdirməliyik Vasif Qafarov

Dövlət dilimizi qorumalı və inkişaf etdirməliyik Vasif Qafarov

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycan dili xalqımızın milli kimliyini, tarixini və mənəviyyatını yaşadan ən böyük sərvətlərimizdən biridir. Bu dili qorumaq və inkişaf etdirmək bu gün daha da aktual və vacibdir. Dövlətimizin dil siyasətinin əsasını Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm strategiya təşkil edir. Ulu Öndər Azərbaycan dilini sadəcə ünsiyyət vasitəsi kimi deyil, millətin dayağı kimi qiymətləndirir və deyirdi: “Hər bir xalqı yaşadan onun dilidir; dilini itirən xalq məhvə məhkumdur".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov bildirib.

"Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dili hələ sovet dövründən Konstitusiyada dövlət dili kimi təsbit edilib. Müstəqillik illərində isə bu status daha da gücləndirilib. 2001-ci ildə imzalanmış “Azərbaycan əlifbası və Azərbaycan dili günü haqqında” Fərman milli dilimizin yeni inkişaf mərhələsinə keçməsinə ciddi töhfə verib.

Bu strateji xətt bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Prezident dilimizin rəqabətqabiliyyətli olması üçün elmi araşdırmaların genişləndirilməsini, rəqəmsal resursların yaradılmasını və dil siyasətinin sistemli aparılmasını vacib hesab edir. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan dilinin saflığını qorumaq və elmi əsaslarla inkişaf etdirmək bütün cəmiyyətin borcudur.

Bu gün dilimizin cəmiyyətdə geniş tətbiq sahələri var: dövlət idarəçiliyi, təhsil, media, elm mühitində və digər sahələrdə Azərbaycan dili əsas ünsiyyət vasitəsidir. Bununla yanaşı, qloballaşma, texnologiyanın sürətli inkişafı və xarici sözlərin artması kimi problemlər də mövcuddur. Həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin Azərbaycan dilinə dair yanaşmaları bu çağırışlara cavab verir: dil həm qorunmalı, həm də müasir tələblərə uyğun inkişaf etdirilməlidir".

Deputat hesab edir ki, müasir qloballaşma şəraitində Azərbaycan dilinin qorunması və inkişafı üçün ilk növbədə onun rəqəmsal bazası genişləndirilməlidir; bunun üçün yeni mətn bazalarının yaradılması, müxtəlif sahələrdən böyük həcmli nümunələrin toplanması və bu korpusun süni intellekt və tərcümə sistemləri üçün açıq istifadəyə verilməsi vacibdir:

"Eyni zamanda, terminologiya sahəsindəki dağınıqlığın azaldılması və aradan qaldırılması məqsədilə hər sahə üzrə kiçik və işlək termin komissiyalarının yaradılması, yeni terminlərin siyahısının ictimaiyyətə açıq platformalarda paylaşılması və müzakirəyə təqdim edilməsi mühüm addım ola bilər.

 Digər önəmli istiqamət isə məktəb və universitetlərdə Azərbaycan dilinin innovativ metodlarla tədris edilməsidir; bunun üçün interaktiv dərs proqramlarının hazırlanması və müəllimlər üçün müasir dil tədrisi üzrə mütəmadi təlimlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Bundan əlavə, media və sosial şəbəkələrdə dil pozuntularını aşkar edən avtomatik sistemlərin tətbiqi də vacibdir ki, televiziya və onlayn media üçün yazı yoxlama proqramlarının hazırlanması, sosial şəbəkələrdə isə yazı səhvlərini göstərən və düzəlişlər təklif edən tətbiqlərin yaradılması bu istiqamətdə mühüm rol oynaya bilər".

"Dilimizin dünyada tanıdılması baxımından isə, xaricdə Azərbaycan dili mərkəzlərinin sayının artırılması zəruridir; böyük şəhərlərdə Azərbaycan dili kurslarının açılması üçün müxtəlif təşkilatlarla əməkdaşlıq edilməsi və həmin mərkəzlərdə həm dil, həm də mədəniyyətə dair tədbirlərin təşkili məqsədəuyğun olardı.

Nəticə olaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət və müasir yanaşmalar göstərir ki, Azərbaycan dili həm keçmişimiz, həm də gələcəyimiz üçün əsas dayaqlardan biridir və bu dili qorumaq və inkişaf etdirmək hər birimizin müqəddəs borcudur",- deyə komitə üzvü vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:482
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Dekabr 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri