Icma.az
close
up
RU
Ana dilimizin inkişafı və zənginləşdirilməsi

Ana dilimizin inkişafı və zənginləşdirilməsi

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində çox böyük xidmətləri olmuşdur. Ulu öndər deyirdi “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir”.

Ulu öndər ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atıb və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər təsdiq edib.

Əbədiyaşar Liderimiz Heydər Əliyevin ana dilimizin  qorunub saxlanılmasındakı  xidmətlərindən  biri və ən əsası Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verilməsi olmuşdur.  O dövrdə, 1970-ci illərin ortalarından başlayaraq SSRİ-yə daxil olan respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirilmiş və SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirilmişdir. Təbii ki, belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq olduqca çətin idi. Dil məsələsini qabardanlar, təqib olunur, cəzalanır və Sibirə sürgün olunurdu. Lakin bütün bu çətinliklərə , qadağala baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. Məhz ulu öndərin  təşəbbüsü ilə 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi. Bu   böyük  uğur, tarixi nailiyyət olmaqla yanaşı, dilimizin qorunub saxlanılmasında olduqca əhəmiyyətli hadisə idi.

Qədirbilən xalqımızın istəyi, arzusu və təkidli tələbi ilə 1993-cü ildə Ümummilli lider  Heydər Əliyev  hakimiyyətə qayıtdıqdan sonra da ana dilimizə xüsusi olaraq önəm vermişdir. Ulu öndərin müstəqillik dövründə imzaladığı 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanı, 4 iyul 2001-ci il tarixli "Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında", 9 avqust 2001-ci il tarixli "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Sərəncamları ulu öndərin  dilimizə nə qədər önəm verdiyini bir daha sübut edir.

“Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini bilməlidir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə malik olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalmış bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu onun müqəddəs vətəndaşlıq borcudur”,-deyən Ümummilli liderin bu ifadələri Ana  dilimizə olan sevgisinin, verdiyi dəyərin bariz nümunəsidir.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Ana dili siyasətini də uğurla davam etdirən Prezident  cənab İlham Əliyev müasir dövrdə dilimizə  böyük həssaslıqla, diqqətlə yanaşır. Dövlət başçımızın müxtəlif illərdə Ana dilimizin inkişafı və zənginləşdirilməsi istiqamətində imzaladığı sərəncamları Azərbaycan dilinə olan diqqətinin, qayğısının göstəricisidir.

Ana dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşan Prezident İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı   Əlifba ilə bağlı problemləri tamamilə həll etmiş oldu.  Dövlət başçısının 2013-cü il 9 aprel tarixli "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” da dilimizin qorunması və inkişafında mühüm sənədlərdən hesab olunur.

"Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir", - deyən Prezident İlham Əliyevin bu fikirləri hər bir azərbaycanlının üzərinə qoyulan başlıca vəzifədir.

Sahib Şükürov,

YAP Göyçay rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 31 İyul 2025 23:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see542

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see489

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see456

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see372

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see370

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see341

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see243

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see239

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see231

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see211

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see207

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see204

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see204

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see190

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see186

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see186

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see183

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see173

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see166

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri