Icma.az
close
up
RU
“Ana dilimizin qorunması və inkişafı milli məsuliyyətdir” Rafael Hüseynov

“Ana dilimizin qorunması və inkişafı milli məsuliyyətdir” Rafael Hüseynov

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Dil xalqın və millətin ruhudur. Müstəqil dövlətdə dil yalnız hüquqi sənədlərdə deyil, real həyatda da hökm sürməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsinə əsasən, Azərbaycan dili dövlət dilidir. Lakin bu gün yeni çağırışlarla üz-üzəyik. Texnologiya, sosial şəbəkələr və qloballaşma dövründə dilə müdaxilələr daha asanlaşıb” – bu sözləri Milli Məclisin sədrinin müavini Rafael Hüseynov Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyasına həsr olunmuş konfransda çıxışı zamanı deyib.

O bildirib ki, sosial şəbəkələrdə, mediada, məktəblərdə və gündəlik həyatımızda dilin təmizliyini qorumaq daha da çətinləşib: “Ləhcələşmənin və yad təsirlərin artdığı bir zamanda, ana dilimizi saflığı ilə qorumaq hər birimizin borcudur. Bizim gözəl Azərbaycan dilimiz var və onu qorumaq, inkişaf etdirmək təkcə dövlətin deyil, bütün cəmiyyətin vətəndaşlıq məsuliyyətidir”.

Rafael Hüseynov xatırladıb ki, 1970-ci illərdə müasir Azərbaycan dilinin dərsliyi hazırlanmış və bu iş yüksək qiymətləndirilmişdir: “Bu, həm dilə, həm də dil tədrisinə verilən dəyərin göstəricisi idi. Bu gün isə dövlət başçısının da vurğuladığı kimi, dilin inkişafı üçün yeni çağırışlara cavab vermək, onu rəqəmsal texnologiyalarla uyğunlaşdırmaq, zənginləşdirmək və qorumaq əsas vəzifələrdən biridir”.

Milli Məclis sədrinin müavini bildirib ki, dilin qorunması təkcə qanunla deyil, hər bir vətəndaşın vicdanı ilə mümkündür: “Biz hər yerə bir dil polisi qoya bilmərik, amma hər bir azərbaycanlı öz vicdanı ilə bu dilin keşiyində durmalıdır. Bu, milli məsuliyyət və vətəndaşlıq borcudur. İnanıram ki, bu gün keçirilən konfrans da, digər regionlarda təşkil olunan tədbirlər də bu istiqamətdə real nəticələr verəcək və Azərbaycan dilinin mövqeyinin möhkəmlənməsinə töhfə verəcək”.

O, həmçinin tarixi nümunələrə diqqət çəkib: “1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan dilini dövlət dili elan etdi. Bu, təsadüfi deyil, dövlətçilik üçün vacib və strateji qərarlardan biri idi. 1946-cı ildə Güney Azərbaycanda da dövlət yaradılarkən, ana dilinin dövlət dili elan edilməsi başlıca məsələ olmuşdur. O dövrdə cəmi bir neçə ay ərzində 2900 məktəb açılmış və tədris ana dilində aparılmışdı".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://sia.az
archiveBu xəbər 08 Dekabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see276

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see244

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see236

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see222

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see208

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see201

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see181

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see177

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see176

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see166

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see165

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see153

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see152

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see150

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see146

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see146

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri