Ana ət doğrayan zaman oğlunu qətlə yetirib
Icma.az, Azpost portalına istinadən məlumat yayır.
Cəlilabadda üzərində xəsarət izi olan meyit aşkarlanıb.
APA-nın verdiyi xəbərə görə, hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.
Araşdırmalarla məlum olub ki, meyit kənd sakini, 14 yaşlı Abdulhüseynli Mirkamal Mirqafur oğluna aiddir.
İlkin məlumata görə, mərhumun ürək nahiyəsində xəsarət izi olub.
Araşdırma zamanı məlum olub ki, M. Abdulhüseynlinin anası, Səliqə Abdulhüseynova əlində bıçaqla ət doğrayan zaman ehtiyatsızlıqdan oğlunu itələyib və o bıçaq xəsarəti alıb.
Xəstəxanaya çatdırılan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. S. Abdulhüseynova saxlanılıb, faktla bağlı araşdırma aparılır.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan hadisə ilə bağlı bildirilib ki, faktla bağlı polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.
Hadisə ilə bağlı əlavə şərh verilməyib.
Paylaş
Baxış sayı:170
Bu xəbər 10 Mart 2026 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















