Icma.az
close
up
RU
Ana ölümlərinin sayında KƏSKİN ARTIM Müqəssir KİMDİR?

Ana ölümlərinin sayında KƏSKİN ARTIM Müqəssir KİMDİR?

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Ötən il Azərbaycanda 531 körpə ölü doğulub. 2023-cü ildə perinatal dövrdə (dölün bətndaxili həyatının 22-ci tam həftəsindən başlayır) ölənlərin sayı 1 837 döl təşkil edib. Perinatal ölümün əmsalı isə hər 1 000 nəfər diri və ölü doğulana 16,2 nəfər olub.
Bundan başqa, həmin müddətdə 7 günədək ömür sürən körpə sayı 1 306-dir.
Həmçinin ölkədə ötən il üzrə 2 min 39 bir yaşadək körpə ölümü baş verib və bunun 1317-si şəhər, 722-si isə kənd yerlərində qeydə alınıb. Beş yaşadək ölən uşaqların sayı 2 min 395 olub ki, bunun da 1329-u oğlan, 1066-sı qızdır.
Eyni zamanda ötən il Azərbaycanda 33 ana ölümü faktı qeydə alınıb. Bu göstərici hamiləlik, doğuş və zahılıq dövründə ölən anaları əhatə edib. Məlumat üçün bildirək ki, 2022-ci ildə ana ölümlərinin sayı 18 olub.
Bu artımın səbəbi nədir?
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən həkim-ginejoloq Təranə Həsənova bildirib ki, əvvəlki illərdə ana ölümlərinin sayı bir qədər aşağı düşmüşdü:
 

MÖVZU İLƏ BAĞLI:
Dünyada hamiləlik və ya doğuş zamanı hər iki dəqiqədə bir qadın ölür


“Amma çox təəssüf ki, bu göstərici yenidən artıb. Ölüm saylarının artmasının konkret səbəbləri var. Acı nəticə də sırf səbəblərlə bağlıdır. Ona görə də aparılacaq işlər nəticəyə yox, sırf səbəblərə yönəldilməlidir. Səbəblər ortadan qaldırıldıqca nəticə də müsbətə doğru dəyişəcək. Bu işlərsə tibbi-profilaktika yolu ilə aparılmalıdır.
Beynəlxalq statistikaya görə ana ölümlərinin birinci səbəbi qanaxmalardır. Bu əsasən doğuşdan və yaxud kesir əməliyyatından sonra baş verir. Digər səbəblərsə ekstregenital xəstəliklər və mamalıq patologiyalarıdır. Mamalıq patologiyasının bir sıra ağırlaşdırıcı halları var. Ona görə də qadınların bir çoxu hamiləlik dövründə buna məruz qala bilir.
Patologiyanın müxtəlif risk qrupları var. Hamiləliyə nəzarət edən həkim hamilə qadının hansı risk qrupuna aid olduğunu müəyyən edib, müalicəsini aparmalıdır.
Erkən yaşda ərə verilmiş qızlar və gec yaşda hamilə qalan qadımlar bu risk qrupuna aiddir.
Əgər vaxtında yardım göstərilməsə, mamalıq patologiyası qadınların doğuşdan əvvəl də ölümünə səbəb ola bilir. Bəzi hallarda isə doğuşdan sonra patologiya səbəbilə qadınlar komaya da düşə bilir”.
“Problem vaxtında aşkar edilməlidir”
Müsahibimiz onu da əlavə edib ki, ekstregenital xəstəliklər uşaqlıq və yumurtalıqdan kənar olan digər xəstəliklərdir:
“Bundan əlavə, ürək-damar, qaraciyər, böyrək və digər xəstəliklər hamiləlik dövründə və doğuşdan sonra ölüm hallarına da aparıb çıxara bilər. Ona görə də hər bir qadın hamiləlik dövründə xüsusilə diqqətli olmalıdır. Hamilə qadının risk qrupuna aid edilməsi vaxtında aşkar edilməlidir. Hamilə qadının arterial təzyiqinə, xarici görünüşünə, bütün analizlərinə, dölün inkişafına çox ciddi nəzarət edilməlidir. Əgər bütün bunlar olursa, heç bir patologiya baş vermir. Patologiyanın qarşısı müalicə və hətta hamiləliyin pozulması hesabına  alınır”.
Hamilə qadınlar diqqətli olmalıdırlar
Təranə Həsənova xəbərdarlıq edib ki, bu məsələdə eyni məsuliyyət hamilə qadının üzərinə düşür:
“Qadın özü hamiləlik dövründə davamlı həkim nəzarətində olmalıdır. Əgər bir qadın hamiləlik dövründə qadın məsləhətxanasına gedib hamiləlik uçotuna dayanmırsa, o zaman həkim nə edə bilər?! Ərazidəki hər bir hamilə xanımın vəziyyəti barədə sahə həkimində müfəssəl məlumat olmalıdır. Bunun üçünsə hamilə qadın ilk növbədə uçota durmalıdır.
Əminliklə deyə bilərəm ki, vaxtında qadın məsləhətxanasında uçota dayanan və davamlı olaraq həkim müayinəsindən keçən qadınlarda patologiyanın baş verməsinin böyük ölçüdə qarşısı alınır. Bundan sonrası isə həkimin məsuliyyətidir.
Unutmaq lazım deyil ki, hər bir hamiləyə fərdi yanaşılmalıdır. Çünki bir çox xəstəliklər var ki, onların inkişafının qarşısını hamiləlik dövründə almaq olur. Belə olacağı təqdirdə ölüm halları da kəskin azalar. Amma yenə deyirəm ki, qanaxma halları hamiləliklə bağlı məsələ deyil”.
Surxay Atakişiyev, Bizim.Media  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Noyabr 2024 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri