Icma.az
close
up
RU
13 yaşlı ana: Kimdir müqəssir? ONLARI BAĞIŞLAMAQ OLARMI? ŞƏRH

13 yaşlı ana: Kimdir müqəssir? ONLARI BAĞIŞLAMAQ OLARMI? ŞƏRH

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən günlərdə Ağcabədi rayonunda 13 yaşlı qızın 24 yaşlı oğlandan hamilə qalması ilə bağlı xəbər bütün ölkəyə səs-səda saldı. Demək olar ki, tanıyan, tanımayan hər kəs 13 yaşlı qızın müdafiəsinə qalxdı və bu hadisəyə etiraz etdilər. Daha sonra məlumat yayıldı ki, ailəsi həmin qızdan imtina edib.

Amma əslində məsələ daha sonra aydınlığa qovuşdu. 24 yaşlı oğlanın ailəsi ilə 13 yaşlı qızın ailəsi razılıq əsasında bunları nişanlayıblar. Nişanda məlum olub ki, qız hamilədir, məsələni ört-basdır etmək üçün elə tez-bazar ailələr arasında toy da ediblər ki, gizli qalsın. 18 yaşı tamam olanda isə, rəsmi nikah olacaqmış.

Lakin hamilə olan qız xəstəxanaya müayinəyə gedən zaman həkimlər bu barədə polisə məlumat veriblər. Faktla bağlı cinayət işi açılıb.

Hər kəs bu valideynlərin və oğlanın cəzalanacağını gözlədiyi bir vaxtda məhkəmənin hökmü ilə oğlan barəsində şərti cəza təyin edilib və o, azadlığa buraxılıb. Beləcə məsələ də bağlanıb.

Bəs, 13 yaşlı qızcığazın başına gətirilən bu hadisəyə görə niyə cəzalanan tərəf olmadı? Ümumiyyətlə bu cür halların məsuliyyətini kim daşıyır? Dövlət bu halların qarşısını almaq üçün hansı addımlar atmalıdır? Turkustan.az olaraq suallarımızı Hüquq və Demokratik İslahatlar Mərkəzinin sədr müavini, sosioloq Elçin Bayramlıya ünvanladıq. Ekspert bildirdi ki, çox təəssüf ki, bəzən belə hallara rast gəlirik.

Həqiqətən də neqativ bir tendensiyadır. Qanunvericilikdə bununla bağlı cəzalar, məhdudiyyətlər var. Məsələ qalır sadəcə bunun həyata keçirilməsi mexanizminə. Əgər bu tətbiq olunmursa, mütləq şəkildə burada rüşvət amili var. Və belə olan halda da bu cinayət artıq digər cinayəti kölgədə qoyur. Ona görə də belə hallarda media məsələni, heç bir tədbir görməyən, cəza verməyən, müdaxilə etməyən dövlət orqanları ilə araşdırmalıdır. Çünki əgər bi neçə dəfə ciddi, ağır cəzalandırmalar olarsa, bu başqalarına da dərs olar və bu kimi halların sayı azalar. Bəli, bu işin təşkilatçıları hər iki tərəfin valideynlərdir, ona görə də onlar konkret həbs edilməlidir. Eləcə də 13 yaşlı uşaqla evlənən digər şəxsə də mütləq şəkildə həbs cəzası verilməlidir. Yəni bax belə real, praktik cəzalar bu məsələnin həllində rol oynaya bilər. Yoxsa marifləndirmə və digər şeylər, bunlar uydurma sözlərdir, nağıldır və heç bir təsirə malik deyildir. Bunun yalnız bir yolu var- sərt cəzalar, ağır tədbirlər. Bundan başqa həll yolu görmürəm..Əgər yüngül hesab edilən xətalar törədən insanlara cəzalar verilirsə, bu cür ağır cinayətlər də cəzasız qalmamalıdır.

Aytən Yaşar/ Turkustan.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Mart 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri