Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Təhsildə “kimdir müqəssir” sindromu

Təhsildə “kimdir müqəssir” sindromu

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Elnura CAVAD-ZADƏ
Filologiya elmləri doktoru

Son dövrlər sosial şəbəkə fenomenlərinə çevrilən yeniyetmələr, onların ildırım sürətilə yayılan “qəhrəmanlıqları” sosial bəlaya çevrilib. Valideynlərlə müəllimlər arasında baş verən “elektrik boşalması” nəticəsində yaranan qığılcımın fəsadı ağır olur. Bu iki sosial təbəqəni birləşdirən əsas “naqil” uşaq mənəviyyatı zədələnir.  Bu mövzuya cəmiyyətin reaksiyası,  yazılan şərhlər yalnız “günahkar ovu” məzmunundadır. Od üstünə su yox, od ələmək isə düşdüyü yeri külə çevirən “quru ildırım” effekti yaradır. Unutduğumuz bir məqam var - valideyn və müəllimlərin məqsəd və məramı eynidir axı: layiqli övlad, savadlı vətəndaş, nəcib insan formalaşdırmaq. Belə olan təqdirdə  təlim və tərbiyə işində “kimdir müqəssir” sindromundan çıxmalıyıq. Nəticəyə deyil, fikirlərimizi səbəbin kökünə istiqamətləndirməliyik.

Ev kiçik bir mədəniyyət ocağı kimi

Bu günün valideynləri gələcəyin qurucularıdır. Məhz onların böyüdüb, tərbiyə etdiyi uşaqlar gələcəyin hakimi, həkimi, müəllimi, millətinin səsidir.

Sadalananlar valideynlik  məsuliyyətinin böyüklüyünün sadə izahıdır. Dünya bir evdirsə, övlad işıqdır. Evimizin yaraşığı, gözümüzün nuru olan uşaqların işıqlı gələcəyinin təminatı məsuliyyət, intizam, qayğı, ondan da mühüm diqqətdən başlayır.  Bəli, Diqqət!

Uşaq 2 yaşından ailənin üzvü olmalı, sevinc və kədəri bölüşmək məsuliyyəti ona aşılanmalıdır. Dəfələrlə rastlaşdığımız mənzərəni xatırlayaq. Oyuncaq mağazasının önündə ucadan ağlayıb, qışqıran uşaq “sən bunu almırsan, pis anasan” -deyir. Bəli, pis anasan. Çünki vaxtında uşaqda birgə yaşayış mədəniyyəti, sosial nizam hissini formalaşdırmalıyıq. Onunla anlayacağı tərz və dildə ünsiyyət qurmalıyıq. “Bu oyuncağı ala bilmirik, bu, təkcə sənin dərdin deyil, məni də məyus edir. Birlikdə yaxşı həyat üçün çalışmalıyıq. Bir-birimizi qorumalıyıq”. Bu yanaşma ilə əmək tərbiyəsinin əsası qoyulur (A.S.Makarenko “Valideynlər üçün kitab” səh. 261).

Valideyn-övlad münasibətlərində ölçü duyğusu

Əməyə sevginin təşviqi övladla valideyn arasında dostluq, qarşılıqlı hörmət, şəxsi xoşbəxtliyin açarıdır. Misilsiz dolğun həyat eşqi ilə çırpınan övladlarımızın psixi inkişaf təkamülündə ölçü duyğusu yaradılmalıdır. Ölçü duyğusu,  interval uşaqla-valideyn münasibətlərində də vacibdir. Həddən artıq yaxınlıq, ya uçurum yolverilməzdir. Həddi bilmək mümkün təhlükədən bizi qoruyan sədləri möhkəmləndirir. Valideynin övladının yanında nüfuzunu qorumaq bacarığı kiçik qəlblərin duyğu burulğanında minimal intensivliyi təmin edən qıcıqlandırıcı rolunu oynayır. Psixofizikada aparılan tədqiqatlar da sübuta yetirir ki, hər qıcıqlandırıcı duyğu oyatmır. Demək, tərbiyə ən böyük incəsənətdir. O, mütləq təcrübə və sınaqlarda püxtələşir. Dəqiqə-dəqiqə, saat-saat böyüyən uşaqların ətrafında adi gözlə görə bilmədiyimiz “mikroskopik dəyişiklik”lər ana və atalardan mütləq həssaslıq tələb edir. Xüsusən, kiçik yaşlardan günah hissi yaradan “tərbiyə” üsulundan istifadə zamanı. Bu “metod” uşağı özünü qiymətləndirməməyə sövq edir. Nəticədə, “yarımçıqlıq kompleksi” yaradır ki, bu da sonradan psixi gərginliyə səbəb olan adətə çevrilir (bu barədə “Emosional yorğunluq”a həsr edilən növbəti məqalədə bəhs edəcəyik).

Sadaladığımız keyfiyyətləri xarakter və davranışında ehtiva edən uşaq doğma ocağı-kiçik mədəniyyət evindən böyük “ART SALON” məktəbə gedir. Bu hazırlıq prosesi valideyndən məsuliyyət, səbr, səriştə tələb edir. Bu xoş “əziyyətə” sinə gərən valideynlər xoşbəxtlik təşkilatçıları və təminatçılarına çevrilir.

Xoşbəxt uşaqlar ailələrdə böyüyür

Xoşbəxtliyin düsturu yox, üsulu olur. Hər ailənin də məsudluq tərzi  mövcuddur, əlbəttə. Əsrlərin sınağından keçən bir həqiqət var, qadın xoşbəxt olan evdə, sevgi dolu, həyatsevər, şad və xürrəm könüllü övlad böyüyür.

Dünya nə nifrətdir, nə kindir, oğlum.

Sevgi ən müqəddəs bir dindir, oğlum.

Oğulsan, ananı sevindir, oğlum.

Ana sevinəndə, Allah sevinir. (Z.Yaqub)

Təhsil sahəsində çalışdığım illər ərzində görüşdüyüm yüzlərlə adama - övladını tək böyüdən analar, qadın şiddətinə məruz qalan atalar, həyata valideynlərindən daha praqmatik yanaşan yeniyetmələr, böyüklərdən küsən incik könüllərə məlhəm olmağa çalışdım. Söhbətlər zamanı qeydlərim əvvəlcə qalaq-qalaq vərəqə, sonra isə səbirsizliklə Sizinlə görüşə tələsən kitaba çevrildi. Yaddaşıma həkk olunub, düşüncələrimə hakim olan 3 dəqiqəlik bir görüşü isə ömrümün sonunadək unutmayacağam. Ata, ana, gözləri parıldayan 6 yaşlı uşaq... Bu ailə ilə üç dəqiqəlik dialoq lentə alınsa idi, bəlkə də Azərbaycanın ən təsirli kino əsərlərindən birinə çevrilə bilərdi.

- Müəllimə, xahiş edirəm, oğlumun sizin məktəbdə birinci sinifə yerləşdirilməsinə kömək edin. Sistemdə yer dolub (nəzərdə tutulur).

- Sizə bu məsələdə kömək edə bilməyəcəyim üçün üzr istəyirəm. Axı özünüz dediniz ki, sistemdə yer yoxdur.

- Yox, xahiş edirəm, mütləq kömək edin. İstəmirsiz ki, məktəbinizdə Çox Xoşbəxt bir Ailənin övladı təhsil alsın?

- İstəyirəm! Xoşbəxt deyil, özü də çox xoşbəxt bir ailənin övladı...

İlahi, bu ananın gözlərindəki sevinc, atanın ona nəvazişi, hörmət və ehtiram dolu baxışları və bu möhtəşəm məhəbbət harmoniyasından yaranan sevgili övlad!

Məhz belə ailələrdə böyüyən uşaqlar inamlı, mərhəmətli, özünütəsdiqə meyilli olurlar. Yuxarıda qeyd etdiyimiz kimi, ailə kiçik cəmiyyətdir. Sosioloqlar hesab edir ki, hansı cəmiyyətdə ki, mənəvi dəyərlərə üstünlük verilir, həmin cəmiyyət özünü ahəngdar olaraq tənzimləyir. Mənəvi dəyərlərin arxa plana keçdiyi toplumda qarşıdurma yaranır. Kiçik beyinləri çuğlayan neqativ hisslər isə ətrafdakı davranışlara mütləq sirayət edir. “Valideynlər övladlarının olduğu mühitdə münaqişə yaratdıqda, bir-birinin heysiyyətinə toxunduqda onların qıcıqlanmış səsindən uşaqlar qorxur. Azyaşlılarda elə inam yaranır ki, ailə mühiti təhlükəlidir. Bu isə uşaqda ailəyə nifrət hissini formalaşdırır” (akademik V.Abbasov).

Adətən deyirlər ki, dünyada ana fəryadından dəhşətli mənzərə yoxdur.  Böyük Ömər Xəyyamın təbirincə isə yalnız ataların ağlamağını görən kəs, əsl ağrı, acının nə olduğunu anlayar. Həyatın “qaydasız döyüşündə” uduzmamaq üçün, əziz ata və analar, övlada insana dəyər vermə mədəniyyətini aşılamalıyıq. Bunun təhsili, elmi yoxdur, kitablarda yazılmır. Onun yolu İnsan olmaqdan keçir! Məktəb həyatına qədər onları Sevgi ilə böyüdək. Məhz, bu ali hiss onların qəlbində ruh yüksəkliyi yaradır. Ruh yüksəkliyi bütün uğurların təməl daşıdır.

 Bir neçə gündən sonra 2024-2025-ci dərs ili başa çatır. Arzum: yeni tədris ilində xoşbəxt ailələrin övladlarını xoşbəxt müəlimlər qarşılasınlar!..

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://525.az
archiveBu xəbər 04 İyun 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see653

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see622

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see620

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see500

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see461

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see433

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see405

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see391

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see347

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see340

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see338

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see329

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see325

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see322

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see320

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see315

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see310

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see308

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see303

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see286
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri