Icma.az
close
up
RU
Ana və oğul arasında mülk davası: Anasına dəfələrlə şiddət göstərdi, sonda isə...

Ana və oğul arasında mülk davası: Anasına dəfələrlə şiddət göstərdi, sonda isə...

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Nərimanov rayonunda 34 yaşlı oğlan anasına qarşı cinayət törədib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin avqustun 26-da Nərimanov rayonu, Ağa Nemətulla küçəsində mənzillərdən birində baş verib. 
Masallı rayon sakini, 1991-ci il təvəllüdlü Sadiq Əhmədov həmin gün saat 16:00-da yaşadıqları mənzilin dəhlizində anası Fərqanə (ad-soyad şərtidir – red. ilə arasında ailədə birgə yaşayış normalarına riayət etməməsi səbəbindən şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruqla onun sifət nahiyəsinə və təpiklə kürək nahiyəsinə vurub.

Hadisəni törədən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə ifadə verən S. Əhmədov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, təxminən 2019-cu ilin dekabr ayından 2024-cü ilin mart ayının əvvəlinə kimi arvadı Səbinə və azyaşlı qızı, 2015-ci ildə anadan olmuş Ayanla birlikdə Masallı rayonunun kəndində yerləşən həyət evində yaşamışıq. Həmin vaxt anam tək Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ünvanını dəqiq bilmədiyim mənzildə yaşayıb və arabir Masallı rayonuna yaşadığımız evə gəlib-gedib”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ilin mart ayında anası Fərqanə Masallı rayonuna gəlib: “Anam təklif etdi ki, ailəm ilə Bakı şəhərinə köçərək Nərimanov rayonu ərazisində yerləşən mənzildə yaşayım, anam  isə Masallı rayonunun kəndinə yerləşən həyət evlərinə köçərək orada tək yaşayacaq. Anamın bu təklifinə razılıq verdikdən sonra arvadım və qızım ilə birlikdə Nərimanov rayonu ərazisində yerləşən mənzilə köçərək orada yaşamağa başladıq. Həmin ərəfədə isə anam Masallı rayonunun kəndində yerləşən evlərinə köçərək orada yaşadı və arabir Bakı şəhərinə yaşadığımız evə gələrək baş çəkib. Anam yaşadığımız evə gəldikdə evdə olan əşyaların mənim və ailə üzvlərim tərəfindən qırılmasını və ya evə natəmiz baxmağımızı irad tutdu. Mənə ailə üzvlərim ilə həmin evdən çıxaraq kirayə evinə köçməyimi dedi. Bu səbəbdən aramızda bir-neçə dəfə qeyd olunan narazılıqla bağlı mübahisələrimiz oldu. Anamın yaşadığımız evə gələrək əsassız mübahisələr yaradıb, məni evdən çıxarmaq niyyətini başa düşdüm. Növbəti dəfə anam yenidən mənzilə gəldi. Mən qapını açmayaraq onun  mənzilə daxil olmasına icazə vermədim. Düşündüm ki, iş yeri taparam, daha sonra kirayə ev taparaq ailəm ilə həmin evə köçdükdən sonra mənzili boş vəziyyətdə anama təhvil verərəm. Lakin uzun müddət iş tapa bilmədiyim üçün həmin mənzildən kirayə evə çıxa bilmədim və bu səbəbdən evi anama təhvil verə bilmədim”. 
S. Əhmədovun sözlərinə görə, sonuncu dəfə avqustun 26-da anası Fərqanə mənzilə gələrək qapını döyüb və yenidən evə girmək istəyib: “Mən mənzilin qapısını açdım, onun içəri daxil olmasına icazə vermədim. Qapının arxasından danışaraq anamdan nə üçün gəldiyini soruşdum. Anam qapını təpiklə vuraraq açmağımı və evə onu buraxmağımı tələb etdi. Mən isə çıxıb getməyini bildirməklə evə girməsinə icazə vermədim. Düşündüm ki, mənzilə gəlməkdə niyyəti evdə söz-söhbət salıb, məni evdən çıxarmaqdır. Həmin vaxt evdə arvadım və azyaşlı qızım olub. Bundan sonra anam getdi. Bir müddət sonra polis şöbəsindən mənə zəng edildi, şöbəyə gəlməyimi təklif etdilər. Mən Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə gəldim. Məlum oldu ki, anam həmin gün qeyd olunan şöbəyə gələrək guya bir az əvvəl yaşadığımız evə gəldikdə təpik və yumruqla döyərək ona xəsarət yetirməyim barədə şikayət ərizəsi yazıb. Polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirdim ki, qeyd olunan tarixdə anam mənzilə gəldikdə evin qapısını açmışam, onun içəri daxil olmasına imkan verməmişəm. Hazırda da qeyd edirəm ki, anamın məqsədi ailəmə nifaq salmaq, bizi evdən çıxarmaqdır. Anamın döyülməsi barədə şikayəti şər və böhtandır. Anamın bədəni üzərində aşkar olunan xəsarətləri özü-özünə yetirib”. 
İş üzrə zərərçəkmiş F. Əhmədovanın sözlərinə görə, oğlu Sadiq arvadı və azyaşlı qızı ilə birlikdə Masallı rayonunun kəndində yerləşən həyət evində yaşayıblar: “Həmin ərəfədə mən tək Nərimanov rayonu ərazisində yerləşən qeyd olunan evdə yaşamışıq. Oğlum heç bir yerdə işləmədiyindən və narkotik vasitələrinin aludəçisi olduğundan Masallı rayonunda kənddə yaşadığım müddətdə özbaşına evin əşyalarını, giriş darvazasını və hasarını sökərək satıb. Bununla yanaşı hərəkətləri ilə kənddə olan qonşuların narazılığına səbəb olub. 2024-cü ilin mart ayında oğlum xahiş etdi ki, ailəsi ilə müvəqqəti Bakı şəhərinə gələrək mənim yaşadığım evdə yaşasınlar və sonra kirayə ev taparaq həmin evə köçəcəkdir. Onun müvəqqəti kirayə ev tapana kimi ailəsi ilə özümün yaşadığı evdə qalmalarına razılıq verdim”.
Zərərçəkmiş qeyd edib ki, 2024-cü ilin martından oğlu Sadiq arvadı və azyaşlı qızı ilə birlikdə Bakı şəhərinə gəlib və onun yaşadığı evdə qalmağa başlayıblar: “Bir neçə ay keçməsinə baxmayaraq gördüm ki, oğlum vəd verdiyi kimi kirayə ev tapıb, yaşadığım evdən çıxaraq kirayə tutduğu evə köçməsi üçün heç bir addım atmır. Bu səbəbdən oğlumla aramızda narazılıqlar yarandı. Ondan ailəsi ilə birlikdə evdən çıxmasını tələb etdim. Buna baxmayaraq tələbimə əhəmiyyət vermədi, evdən çıxmadı. Şəxsi işlərim ilə bağlı Masallı rayonuna getdim. Bakı şəhərinə qayıtdıqda Sadiq yaşadığım evə girməyimə imkan vermədi. Sonuncu dəfə avqustun 26-da, saat 16 radələrində evimə daxil olmaq üçün Nərimanov rayonu ərazisində yerləşən qeyd etdiyim mənzilə gəldim. Oğlum qapını açaraq dəhlizdə ünvanıma söyüşlər söydü, evə buraxmayacağını və başqa yerə getməyimi dedi. Mən oğluma dedim ki, həmin ev özümə məxsusdur və məni buraxmamasına ixtiyarım yoxdur. Bundan sonra Sadiq əsəbiləşərək bir neçə dəfə təpiklə ayaqlarımdan və yumruqla kürəyimdən, sifətimdən vurdu. Oğlumun məni vurması nəticəsində bədənimin müxtəlif nahiyələrindən xəsarətlər almışam. Buna görə istifadəmdə olan mobil nömrə ilə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etdim, hadisə barədə məlumat verdim. Bir müddət sonra hadisə yerinə 18-ci Polis Şöbəsinin əməkdaşları və təcili tibbi yardım maşını gəldi. Tibb işçiləri aldığı xəsarətlə bağlı tibbi yardım göstərdi və sonra polis əməkdaşları hadisə ilə bağlı məndən ərizə aldılar”. 
Bu cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə S. Əhmədov 3 ay müddətinə azadlıqdan məhrum edilib. 
Qeyd edək ki, S. Əhmədov bundan əvvəl bir neçə dəfə məhkum olunub. O, ilk dəfə 2009-cu ildə məhkum olunub. Həmin il Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.2 (quldurluq -  təkrar törədildikdə)və 181.2.5-ci (quldurluq - silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə təqsirli bilinib və Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətə azadlıqdan məhrum edilib. 
Həmin il Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilib və Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunaraq 4 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. Nizami Rayon Məhkəməsinin 2012-ci il tarixli qərarı ilə 7 ay 14 gün vaxtından əvvəl şərti azad olunub. 
2012-ci ildə həbdən azad olunan S. Əhmədov 7 il heç bir cinayət törətməyib. Bundan sonrakı cinayəti 2021-ci ilə təsadüf edib. O, həmin il Cinayət Məcəlləsininm 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib. Masallı Rayon Məhkəməsinin hökmünə əsasən, Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən bəraətverici əsas olmadan işə xitam verilib.
Bu hökmdən məlum olub ki, o, həmin dövrədə də anasına xəsarət yetirib. Anası ilə arasında pul mübahisəsi yaranıb və mübahisə cinayətlə nəticələnib. 
Daha sonra o, 2023-cü ildə də eyni cinayət törədib. Həmin il Masallı Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə təqsirli bilinib və ona 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.
Daha sonra isə 2424-cü ildə də Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham olunub. 
Fariz Məlikli
Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 İyul 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri