Icma.az
close
up
RU
Lənkəranda yaşlı anasına şiddət göstərən oğul həbs edildi

Lənkəranda yaşlı anasına şiddət göstərən oğul həbs edildi

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Lənkəranda 1966-cı il təvəllüdlü Tahir şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı anası, 1941-ci il təvəllüdlü Lətafətə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ana və oğulun birgə yaşadıqları Lənkəran şəhərində yerləşən fərdi yaşayış evində baş verib. 
Tahir orada olan zaman 1941-ci il təvəllüdlü anası Lətafət ilə şəxsi münasibətlər zəminində, yəni Tahirin ünvanına nalayiq ifadələr işlədərək söyüb təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı onun bel və kürək nahiyələrinə qəsdən şüşəbəndli qapını çırpmaqla ona xəsarətlər yetirib. 
Hadisəni törədən Tahirin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, anası ilə münasibətləri çox pisdir, anası onu dəfələrlə təhqir edib: “Mən anamın əlindən Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayıram. Anamı döyməmişəm, ona xəsarət yetirməmişəm. Anam məni şərləyir. Lakin bütün bunlara baxmayaraq, yəni anamın vurmamağıma baxmayaraq hazırda həbs edilməyimə etirazım yoxdur”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Lətafətin sözlərinə görə, oğlu Tahir daim spirtli içki qəbul edib və onu döyüb: “Oğlum demək olar ki, mütəmadi olaraq məni döyüb və xəsarətlər yetirib. Hadisə günü oğlum yenə mətbəxdə ünvanıma nalayiq ifadələr işlətdi, daha sonra isə kürək və  bədənimin bir neçə yerindən vuraraq xəsarət yetirdi. Oğluma məni tibbi yardım göstərməsini desəm də, oğlum bundan imtina edib. Oğlum mənim üçün doğma olsa da, artıq oğlumun hərəkətlərindən bezmişəm. Oğlum mənim ismətimi ləkələyib. Ona ağır cəza verilməsini xahiş edirəm”.
Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Tahir 9 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Aprel 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri