Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Sabirabadda anasına qarşı şiddət göstərən oğul həbs edildi

Sabirabadda anasına qarşı şiddət göstərən oğul həbs edildi

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Sabirabad rayonunda anasına qarşı şiddət göstərən oğul həbs edilib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 24 yanvar 2025-ci ildə rayonun Yuxarı Axtaçı kəndində baş verib. 
1985-ci il təvəllüdlü Əhməd həmin gün gecə saat 1 radələrində alkoqol sərxoşlu vəziyyətdə yaşadığı evdə anası Əfruq ilə mübahisə edib. 
O, anası ilə aralarında ailə münaqişəsi zəminində baş vermiş mübahisə zamanı şillə, yumruq və təpiklə anasının bədəninin müxtəlif nahiyələrinə vurub. 
Hadisəni törədən Əhmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Sabirabad rayonu Yuxarı Axtaçı kəndində yaşayaraq fərdi əməklə məşğul olur: “Mən evli olmuşam və təxminən 2 il əvvəl arvadım Aygün ilə məhkəmə qərarı əsasında boşanmışıq. Aygün atası evində yaşayar. Bizim birgə nikahdan bir qızımız və bir oğlumuz var. Onlar Aygünlə birlikdə yaşayırlar. Təxminən 1 il 6 ay əvvəldən isə Sabirabad şəhər sakini Tünzalə ilə evlənmişəm. Lakin rəsmi nikahımız yoxdur. Hazırda Tünzalə ilə atam evində yaşayırıq”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, zərərçəkmiş şəxs onun doğma anasıdır və anası da onlarla bir evdə yaşayıb: “Mən arabir spirtli içkilər qəbul etmişəm. Spirtli içkilər qəbul edərkən də özümü normal qaydada apara bilməmişəm. Spirtli içkilər qəbul etdiyimə görə də anam Əfruq həmişə narazılıq edib”. 
Əhmədin ifadəsinə görə, yanvarın 23-də, axşam vaxtı  kəndlərində olan toy axşamında yemək yeyərkən araqı çox içıb: “Axşam saat təxminən 1 radələrində evə gəldim. Həmin günü arvadım evdə olmayıb. O, Sabirabad şəhərində atası evində olub. Anam Əfruq isə evdə tək idi. Mən evə gələndən sonra sərxoş olduğum üçün anam Əfruqla mübahisəm yarandı. Mübahisə zamanı əsəbləşərək onu döydüm. Bir neçə gün sonra anam Bakı şəhərinə getdi. Sonradan da anam Əfruq barəmdə şikayət ərizəsi yazdı”.
Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Əhməd 5 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası alıb. Təyin edilmiş cəza müddəti ərzində təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməsi qadağan olunub. 
Bundan əlavə ona bu müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb.
Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməsi qadağan edilib. Onun üzərinə müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Hökmdən dövlət ittihamçısı narazı qalıb və apellyasiya protesti verib. Sabirabad Rayon Məhkəməsinin hökmünün ona həmin maddə ilə daha ağır - təklif etdiyi həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş edib. Dövlət ittihamçısı qismində etdiyi çıxış zamanı təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini məhkəməyə təklif edib. 
Dövlət ittihamçısının protestinə Şirvan Apellyasiya Məhkəməsində baxılıb. Məhkəmə protesti təmin edib və birinci instansiya məhkəməsinin hökmünü dəyişdirib. 
Məhkəmənin qərarı ilə təqsirkəndirilən şəxs 4 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.  Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib və həbs qətimkan tədbiri seçilib. O, dərhal məhkəmə iclas zalından həbs edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 26 noyabr 2025-ci il tarixdən hesablanması qərara alınıb. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Dekabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see333

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see332

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see331

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see327

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see312

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see263

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see262

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see249

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see237

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see237

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see217

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see214

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see212

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see209

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see208

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see208

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see208

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see189

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri