Icma.az
close
up
RU
Analitik: Davos qeyri rəsmi diplomatiyanın əsas qlobal mərkəzinə çevrilib

Analitik: Davos qeyri rəsmi diplomatiyanın əsas qlobal mərkəzinə çevrilib

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Yanvarın 19–23-də dünyanın siyasi və iqtisadi elitası, maliyyə və texnologiya sahəsinin nəhəngləri Davosa toplaşacaq. Davos Dünya İqtisadi Forumunun (World Economic Forum) dialoq mədəniyyətinə həsr edilmiş builki toplantısında dünyanın 130-dan çox ölkəsindən 3 000-ə qədər iştirakçı olacaq. Təxminən 400 yüksək səviyyəli siyasi lider arasında 65 dövlət və hökumət başçısı — prezidentlər və baş nazirlər yer alacaq.

Qeyd edək ki, Davos forumu artıq sadəcə iqtisadi məsələlərin müzakirə olunduğu platforma deyil. Dünya liderlərinin burada iştirakı onların qlobal siyasət və iqtisadiyyata real təsir göstərə biləcəkləri bir məkan olaraq Davosu qəbul etdiklərini göstərir. BMT və digər beynəlxalq institutlarda qərar qəbuletmə proseslərinin ləngiməsi, eləcə də BMT-nin təsir gücünün azalması, liderləri alternativ platformalara, əsasən də Davosa yönəldib.

Siyasi şərhçi Aqil Məmmədov "Sherg.az"a açıqlamasında bildirib ki, Davos Forumunun əsas üstünlüyü çevik, bürokratiyadan uzaq və çoxtərəfli dialoq imkanları yaratmasıdır. Burada dövlət başçıları, transmilli şirkətlərin rəhbərləri, maliyyə mərkəzləri, texnologiya nəhəngləri və qlobal fikir liderləri eyni masa arxasında bir araya gəlirlər:

"Bu da bəzən rəsmi beynəlxalq təşkilatların illərlə müzakirə etdiyi məsələlərin Davosda qısa müddətdə irəli aparılmasına şərait yaradır. Bir sözlə, Davos Dünya İqtisadi Forumu sürətlə dəyişən beynəlxalq münasibətlər fonunda dövlətlərarası dialoqun, qeyri-rəsmi diplomatiyanın və strateji razılaşmaların formalaşdığı əsas qlobal məkanlardan birinə çevrilib". 

Ötən həftə Dünya İqtisadi Forumunun Qlobal Risk 2026 hesabatını açıqladığını xatırladan A. Məmmədov qeyd edib ki, hesabat 2026, yaxın 2 və uzunmüddətli 10 ili əhatə edən riskləri əks etdirir:

"Hesabata əsasən, yaxın 10 il dünya üçün kifayət qədər fırtınalı və gərgin keçəcək. Yaxın iki il ərzində geosiyasi qarşıdurmaların davam etməsi və bunun təsiri ilə dövlətlər arasında silahlı qarşıdurmalar dünya üçün əsas risk olaraq qalacaq. Eyni zamanda dezinformasiya da artıq qlobal risk kimi gündəmdədir. Yalnız 2 ildən sonra geosiyasi gərginliklərin səngiməsi ilə dünyanın gələcəyi üçün əhəmiyyətli olan qlobal iqlim dəyişikliyi və ekoloji problemlər ön plana çıxacaq. Bu hesabat fonunda deyə bilərəm ki, sabah Davosda başlayacaq diskussiyalar Şərq-Qərb arasında kifayət qədər gərgin keçəcək". 

Siyasi şərhçi onu da deyib ki, əməkdaşlığın ruhu devizi ilə keçiriləcək diskussiyalara Azərbaycan da qatılacaq və rəsmi Bakı Şərqlə Qərb arasında gərginləşən bu mühitdə özünü güc kimi təqdim etməyə, xətləri Qafqazda uzlaşdırmağa çalışacaq:

"Davosda Qafqaz regionu Azərbaycan Prezidenti İlham Əliyevin timsalında təmsil ediləcək. Qafqaz regionunda yeni yaranan ticarət dəhlizləri, infrastruktur layihələrindən faydalanma, resurslar uğrunda rəqabət və digər mühüm mövzular müzakirə olunacaq".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Yanvar 2026 16:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri