Icma.az
close
up
RU
Analitik: Əl Şaraanın devrilməsi regionda balansları dəyişə bilər

Analitik: Əl Şaraanın devrilməsi regionda balansları dəyişə bilər

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İsrail Suriyada vətəndaş müharibəsini bərpa etmək və Suriyanın keçid dövrü Prezidenti Əhməd əl Şaraanı devirmək istəyir".

Bu iddia ilə Türkiyənin "Hürriyet" qəzeti çıxış edib.

Nəşr qeyd edir ki, Türkiyə kəşfiyyatı daha əvvəl Əl Şaraaya qarşı sui-qəsdin qarşısını alıb:

"İsrail Suriyada sabitliyi pozmaq istəyir. Onlar vətəndaş müharibəsini yenidən başlatmağa çalışır, məqsəd Əhməd əl Şaraanı devirməkdir. Rəsmi Təl-Əviv Türkiyənin Suriyaya müdaxiləsindən narahatdır. PKK tam şəkildə tərkisilah olunsa, Ankaranın sözügedən ölkəyə təsiri artacaq. Buna görə də İsrail druzları canlandırmağa çalışır".


Politoloq Tural İsmayılov Sherg.az-a söyləyib ki, İsrailin Suriyadakı son hava hücumları və kəşfiyyat təxribatları bölgədə yeni geosiyasi gərginliyin təməlini qoyur:


"Əgər iddia olunduğu kimi İsrail Suriyada keçid dövrü Prezidenti Əhməd əl-Şaraanı devirmək niyyətindədirsə, bu, regionda balansları dəyişə bilər. ABŞ və Qərb, xüsusən də Vaşinqton ilkin mərhələdə bu tip müdaxiləyə qarşı neytral və ehtiyatlı ritorika ilə çıxış edəcək. Lakin bu ölkələrin əsas məqsədi İranın Suriyadakı təsirinin atmamasıdır. ABŞ və Avropa İttifaqı üçün əsas prioritet sabitlikdir, buna görə də xaosa aparacaq bir ssenari arzuolunmazdır. Türkiyə isə Suriyanın şimalında maraqlarını qorumağa davam edəcək. Həmçinin Ankara mümkün destabilizasiya planlarına qarşı həm sərhədlərini möhkəmləndirəcək, həm də diplomatik kanalları hərəkətə keçirəcək. Türkiyə üçün yeni bir qaçqın dalğası təhlükəsi ciddi narahatlıq doğurur. NATO üzvü olan Türkiyə bölgədə birbaşa hərbi müdaxiləyə getməkdənsə Rusiya və ABŞ-la koordinasiyanı önə çıxara bilər. Rusiya isə İsrailin bu cür  siyasətinə qarşı etirazını bildirəcək, lakin praktiki səviyyədə məhdud təsir gücünə sahibdir".


Amalitikin fikrincə, İsrail üçün əsas məsələ İran dəstəkli qrupların gələcəkdə olmamasıdır:

"Lakin Əl-Şaranın devrilməsi Suriya daxilində daha dərin parçalanmalara səbəb ola bilər. Bu da regionda yeni bir vətəndaş müharibəsi ehtimalını gücləndirir. İran, Livan və Hizbullahı vasitəsilə cavab verməyə cəhd edə bilər ki, bu da Livan sərhədində yeni gərginlik yaradacaq. Beynəlxalq hüquq baxımından İsrailin suveren bir ölkənin daxili proseslərinə təsiri pislənəcək. Lakin real siyasətdə bu, cəzasız qala bilər. Yekunda isə bölgədəki aktorlar – Rusiya, İran, ABŞ  – yeni bir status-kvo üçün hərəkətlənə bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 İyul 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri