Icma.az
close
up
RU
Analitik: İranda yoxsulluğun səviyyəsi artır

Analitik: İranda yoxsulluğun səviyyəsi artır

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sanksiyalar, təzyiqlər qarşısında İranın teokratik rejimi əhalinin sürətlə yoxsullaşmasının qarşısını ala bilmir

Əgər Prezidentin komandası islahatlara rəvac tapsa, bütün bu proseslərdən çıxa bilər

Hazırda İran əhalisinin təxminən 10 faizi qida çatışmazlığı və aclıqdan əziyyət çəkir, mövcud vəziyyət davam edərsə, yoxsulların sayı ümumi əhalinin təxminən 40 faizinə çata bilər. Bu barədə iranlı iqtisadçı Hüseyn Rağfər məlumat verib. Ekspert İran əhalisinin təxminən 7 milyonunun qida çatışmazlığı ilə üzləşdiyini qeyd edib: “Bu insanlar bütün gəlirlərini ərzaq almağa xərcləsələr belə, yenə də kifayət qədər kalori qəbul edə bilmirlər”. Rağfər bu vəziyyəti “təbəqələrin resurs və imkanlara çıxışındakı ayrı-seçkilik” adlandırıb: “Bu gün görürük ki, kim hakimiyyət strukturuna daha yaxındırsa, daha çox resurs və fürsət əldə edir. Bir tərəfdə yoxsulluq artır, digər tərəfdə isə sistem daxilində nüfuz sahibi olan, çox kiçik, amma son dərəcə varlı bir təbəqə formalaşıb. Onlar siyasi qərarları öz maraqları istiqamətində dəyişdirirlər”. İqtisadçı ölkədə hökm sürən aclığı Birinci Dünya müharibəsi dövründə İranda baş verən aclıqla müqayisə edib: “Ovaxtkı fəlakət britaniyalıların məqsədli addımlarından qaynaqlanırdı, amma indiki aclıq axmaqlıq, tamah və xəyanət nəticəsində yaranıb”. Hüseyn Rağfər xalqın bu duruma sonsuz müddətə dözməyəcəyini vurğulayıb: “Əgər düşünürlərsə ki, insanlar aclığa düçar olmalarına sonsuz tamaşa edəcəklər, yanlışdır. Bu vəziyyət davam etsə, sonda güclü ictimai reaksiyalarla nəticələnəcək”. “Iran International”ın məlumatına görə, İranda qeydə alınan ölümlərin təxminən 35 faizi qidalanmadan qaynaqlanır.

Siyasi şərhçi Tural İrfan Sherg.az-a deyib ki, İran hakimiyyətinin yürütdüyü siyasət təbii ki, əhalinin sürətlə yoxsullaşmasına səbəb olub. Ekspert vurğulayıb ki, Prezident Məsud Pezeşkian vəziyyətdən çıxış yolları üçün müəyyən səylər göstərir:

"Lakin dövlətin mövcud ideoloji əsaslarından doğan maraqlar, tələblər islahatlara və inkişafa mane olur. "İnqilabın ixracı" siyasəti çərçivəsində onilliklərdir İran Yaxın Şərqdə və digər müsəlman ölkələrində işlər görür, külli miqdarda vəsait yatırır. Təkcə keçmiş Suriya rejiminin ayaqda qalması üçün həddən artıq dövlət vəsaiti sərf olunmuşdu. Bu, İraq, Livan, Yəmən və başqa ölkələrdəki fəaliyyətlə, proksi qüvvələrin saxlanması üçün də eynidir. Habelə, ABŞ və Avropa dövlətləri başda olmaqla, bir çox müsəlman ölkələri ilə münasibətlərin normal olmaması iqtisadi, ticari əlaqələri də inkişafdan saxlayır. Sanksiyalar, təzyiqlər qarşısında İranın teokratik rejimi əhalinin sürətlə yoxsullaşmasının qarşısını ala bilmir. Əhalinin əksəriyyəti nəinki iqtisadi-sosial vəziyyətdən, ümumiyyətlə, hökumətin teokratik quruluşundan daxili və xarici siyasətinindən narazıdır. Lakin ağır repressiyalar, həbslər və edamlar qarşısında təşkilatlana bilmir".

T.İrfan qeyd edib ki, müəyyən vaxtlarda etirazlar baş qaldırsa da, sərt şəkildə yatırılır:

"Əhalinin bir hissəsi ölkəni tərk edir, yaxud məhbəsə atılır. Ağır sosial problemlərlə üzləşən əhalinin rejimə baş qaldırma ehtimalı olsa da, ideoloji təbliğatın gücü və xurafat propaqandası sayəsində hələ ki, xalqı boğmağı bacarırlar. Əhalinin əksəriyyətinin rejimi dəstəkləməsi inandırıcı və real deyil. Sadəcə elə görünür ki, sanki dəstəkləyir. İsrail, ABŞ kimi xarici düşmən obrazları yaradılaraq onların təhlükəsini ideoloji - teoloji propaqanda ilə vəhdətdə xalqa aşılayırlar. Əhalinin gözündə Qərb barədə şeytan obrazı yaradaraq iki pis arasındakı seçimdə məcbur rejimi seçməyə məcbur ediblər. Ola bilsin, köklü dəyişikliklər, islahatlar, xarici siyasətdə normal istiqamət götürülməsə, vəziyyət daha da ağırlaşsın. Ağırlaşdıqca da mövcud rejimə qarşı etirazlar vüsət ala bilər. Əgər Prezidentin komandası islahatlara rəvac tapsa, bütün bu proseslərdən çıxa bilər. Çünki İranın prezidenti islahatlara və yumşaq siyasətə daha meyillidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Noyabr 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri