Icma.az
close
up
RU
Analitik: İranda qeyri hərbi infrastrukturun vurulması anlaşılmazdır

Analitik: İranda qeyri hərbi infrastrukturun vurulması anlaşılmazdır

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sanki ABŞ hava qüvvələrini də İsrial idarə edir

"Çox təəssüf ki, ABŞ və İran arasındakı danışıqlar müsbət nəticələrini ortaya qoymamış savaş yenidən körüklənir. Tərəflər bir-birinə qarşı hava hücumu həyata keçirir. İran hətta Suriya, Kuveyt, İordaniya, İraqdakı ABŞ bazalarını hədəf alır, tələfatın olduğu deyilir. Öz növbəsində ABŞ hava qüvvələri də İrana zərbələr endirir".

Bunu Sherg.az-a siyasi şərhçi Tural İrfan deyib.

O, qeyd edib ki, Suriyanı Hizbullahla toqquşdurmağa cəhd edirlər:

"Şübhə yoxdur ki, bu qarşıdurma Yaxın Şərqə, ümumilikdə regiona mənfi təsirini göstərəcək. Çoxşaxəli, mürəkkəb bir vəziyyət yaranıb. Amerikalı analitiklər qeyd edir ki, ABŞ prezidenti qərarları çox məhdud çevrədə qəbul etdiyi üçün ziddiyətlər yaranıb. Hətta vitse-prezident özünü müharibə əleyhdarı kimi təqdim etməklə əhali arasında siyasi xal qazanmağa çalışır. Trampın çox məhdud çevrədə gözlənilməz qərarları ümumiyyətlə proseslərin sonunu proqnozlaşdırılması çətin olan bir duruma gətirib çıxarıb".

Analitik əlavə edib ki, İranda da məlumdur ki, hakimiyyət daxilində mühafizəkar və savaş, qisas tərəfdarı olanlar daha çoxdur. ABŞ bazalarının olduğu ərəb ölkələrinə endirilən zərbələr bu zümrənin qəzəbin artdığını göstərir:

"Təəssüf ki, İran tərəfdən sülh və diplomatiya tərəfdarı olan cəbhə mühafizəkarlar tərəfindən təcrid edildi və danışıqlarda kompromisə gedilmədi. Danışıq aparan siyasilərə təsir və təziq açıq sezilirdi. Eyni zamanda ABŞ administrasiyası sanki fərqli üsulu-idarə sisteminə keçib. Keçmiş imperiyalar kimi qərarları ya kral ya da yanındakı bir-iki adamla birlikdə yenə kral verir. Çünki ABŞ-da kifayət qədər müharibə əleyhdarı var. Hətta hökumətdə də İranla bağlı problemin həllində fikir ayrılığı mövcuddur. Görünür İsrail təsiri və lobbinin fəaliyyəti ABŞ liderini savaşa bir növ məcbur durumda buraxır. Lakin ötən müharibədə İranda məktəbin vurulması və digər dinc sakinlərin həlak olması ilə müşahidə olunan zərbələr ABŞ administrasiyasının ünvanına bəzi suallar yaratdı. İranın ABŞ bazalarını vurması məlumdur ki, Vaşinqtonun əvvəlcədən hazır olduğu və gözlədiyi məqamdır. Amma İranda qeyri - hərbi infrastrukturun vurulması, hakimiyyətin deyil, əsasən əhalinin vəziyyətinin ağırlaşmasına səbəb olan hücumların icra edilməsi anlaşılmazdır. Sanki ABŞ hava qüvvələrini də İsrial idarə edir. Hər bir halda müqəddəs hesab olunan nöqtələri, məscidləri, dinc əhalini, əhaliyə xidmət edən infrastrukturu bombalamaq müharibə qanunlarına ziddir və qeyri-insani addımdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 İyul 2026 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri