Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Analitik: İranda din pərdəsi altında xalq istismar olunur

Analitik: İranda din pərdəsi altında xalq istismar olunur

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hicabdan imtina dindən uzaqlaşma deyil, rejimə xalq etirazıdır

 “Bütün prokurorlara göstəriş vermişəm ki, təhlükəsizlik və hüquq-mühafizə orqanlarından tələb etsinlər ki, sosial nizamsızlıqlarla bağlı xarici təsir altında olan və təşkilatlanmış qrupları müəyyən etsinlər və məhkəməyə təqdim etsinlər”.

Bunu İranın məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Mohseni Eceyi deyib.

O bildirib ki, düşmənin səylərinin bir nümunəsi hicabsızlıq və açıq-saçıqlıqla bağlı məsələlərdir, digər nümunəsi isə virtual məkan, yəni internetdir. Düşmənin şər işlərinə qarşı ayıq-sayıq olmalıyıq və istəmədən düşmənin meydanında oynamamalıyıq.

Xatırladaq ki, 2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin hicab qaydalarını pozmaqda ittiham edilərək polis tərəfindən öldürülməsindən sonra İranda hicab əleyhinə etiraz aksiyaları başlayıb və iki ilə yaxın davam edib. Bundan sonra məcburi hicabın ləğvi gündəmə gəlib, paytaxt Tehran və bir sıra digər iri şəhərlərdə hicabsızlaşma prosesi başlasa da, dini rejim hələ də tətbiq etmədiyi “Hicab və iffət” adlı qanun qəbul edib. Cəhd ölkədə etirazları bir qədər də sərtləşdirib. Bu günlərdə Tehran və bəzi şəhərlərdə hicabsız dolaşan qadınların görüntüləri gündəmdədir. Dini-siyasi rejimin nümayəndələri bu fonda hicab qaydalarını sərtləşdirən “Hicab və iffət” qanununun tətbiqini gündəmə gətirirlər.

Mövzunu şərh edən Milli Cəbhə Partiyası sədrinin müavini, ilahiyyatçı Tural İrfan Sherg.az-a açıqlamasında bildirib ki, İranda mühafizəkarlar din pərdəsi altında əhalini basqıda saxlayaraq istismar edirlər:

“Din, məzhəb pərdəsi altında farsizmin Sasani ideologiyası aşılanır və bu vəchlə də xalqa qarşı təzyiqlərin artması müşahidə edilir. İstənilən qadağanı xarici düşmən obrazı ilə əsaslandırırlar. Din adı altında isə əslində dinlə əsla əlaqəsi olmayan qaydalar tətbiq edilir, bu da zorla, edamlarla, qorxu mühiti ilə müşahidə olunur. İnsanlar da bu qadağaların dində olmadığını bəyan edəndə onları xarici düşmənə işləməkdə, yaxud həmin süni düşmən obrazların dəyirmanına su tökməkdə ittiham edirlər. Cəmiyyətdə artan narazılığı ideoloji çərçivəyə salmaq üçün bu cür qondarma rəylər yaradırlar. Son zamanlar artıq xalqın rejimin zülmündən bezərək onların təqdim etdiyi qadağaları tərk etməsi rejimdə təşviş yaradıb”.

T.İrfan qeyd edib ki, kütləvi şəkildə hicabdan imtina dindən, yaxud dinin əmrindən imtina deyil, bu, bir növ rejimin qadağalarına etiraz və bir aksiyadır:

“Artıq xalq rejimdən o qədər ikrah edir ki, hətta dinin əmri belə olsa, məhz onların dediyi üçün həmin əmrə də itaətdən boyun qaçırırlar. Molla rejimi insanları dindən də ikrah etdirir. Dini sevdirmək əvəzinə dinə nifrət yaradır. Törətdiyi bütün mənfi hadisələri dinin adına yazmaqla özü-özünə problem yaradır. Bu yersiz qadağalar və ömür boyu xarici düşmən obrazına qarşı təşviş içində olmaq, həmişə müharibə gözləmək, sərt qaydalar və qadağalar əhalini tamamilə gərgin həddə çatdırıb. Hicabdan imtinanı xarici təsirlərlə əlaqələndirmək tamamilə əsassızdır. Dinin qaydaları və əmrləri könüllü olmalıdır. Əgər İran rejimi din, şəriət adı ilə əhalini nəyəsə məcbur edirsə, bu dinin yox, rejimin ideoloji maraqlarına xidmət edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 Noyabr 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri