Icma.az
close
up
RU
Analitiklər gözlərini Omana dikib

Analitiklər gözlərini Omana dikib

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 6 fevral, AZƏRTAC

Qarşıdakı illərdə dünya bazarının neftə olan tələbatı artacaq. Bir sıra ölkələrin iqtisadi inkişafında yeni mərhələnin başlaması dünyada sutkada 1 milyon barel neftə tələbat yaradacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən ABŞ-ın “Shell” şirkətinin rəhbəri Vael Savan nəzərə çatdırıb ki, yataqların durmadan istismarı hər il təklifin 5 faiz azalmasına səbəb olur. Bunu kompensasiya etmək üçün ildə bazara 6 milyon barel neft çıxarmaq lazımdır. Təklifin qısamüddətli artması hazırda dünyada baş verən geosiyasi proseslərlə əlaqədardır. Venesuela və İran ətrafında baş verən hadisələr qiymətlərin sabit qalmasını təmin edir.

“Shell” rəhbəri vurğulayıb ki, yeni yataqların kəşf edilməsi vacibdir və dünya bazarında neftin qiymətinin sabit qalması üçün zəruridir. Şirkət Livanda, Küvetdə, Venesuela və İraqda yeni yataqların kəşf edilməsi və hasilatın artırılması istiqamətində işlər aparır.

Türkiyənin “Turkish Petroleum Corporation” (TPAO) şirkəti ilə ABŞ-ın “Chevron” şirkəti arasında neft kəşfiyyatı və hasilatı sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb. Türkiyənin enerji naziri Alparslan Bayrakdar bildirib ki, hər iki şirkət Türkiyə ilə yanaşı beynəlxalq layihələrin də birgə həyata keçirilməsi istiqamətində əməkdaşlıq edəcəklər. Nazir bildirib ki, Türkiyənin məqsədi Qara dənizdə hasilata başlamaq və TPAO-nu dünya miqyaslı şirkətə çevirməkdən ibarətdir. Bu memorandum ilk növbədə Türkiyənin ABŞ ilə əlaqələrinin və enerji sahəsini inkişaf etdirməyə çalışdığını göstərir. Yanvar ayında TPAO ABŞ-ın “ExxonMobil” şirkəti ilə də müqavilə imzalayıb. Müqaviləyə əsasən şirkətlər Qara və Aralıq dənizlərində, həmçinin İraq, Rusiya və Somalidə birgə layihələr həyata keçirəcəklər.

“Bloomberg” yazır ki, Türkiyə karbohidrogen resurslarına ehtiyac duyan dövlətlərdən biridir və Amerika ilə enerji sahəsində əməkdaşlıq onun bu problemini həll edə bilər.

Bütün bu proseslər dünya bazarında neftin qiymətinə təbii ki, təsir edəcək. Məsələnin mahiyyəti ondan ibarətdir ki, bu təsir iqtisadi xarakter daşıyaraq bazarın tələb və təklif qanunları ilə tənzimlənəcək. Lakin bu gün bazara iqtisadi faktorlardan çox geosiyasi faktorlar təsir edir ki, bu da bir sıra dövlətlərin iqtisadi inkişafına maneələr törədir, bazarın qeyri-müəyyən istiqamətə fəaliyyəti sərmayədarları ehtiyatlı davranmağa, investisiya yatırmaqdan çəkinmək məcburiyyətində qoyur.

Artıq Omanda İran ilə ABŞ nümayəndələri arasında görüş keçirilir. ABŞ Prezidenti Yaxın Şərqə əlavə hərbi hissələr göndərərək bəyan edib ki, “Bu görüş İranın son şansıdır. Razılıq əldə olunmasa hərbi əməliyyatlar qaçılmazdır”. Bu gün isə ABŞ Dövlət Departamenti İran ərazisində olan vətəndaşlarını təcili olaraq İranı tərk etməyə çağırıb. İran da görüşdə yalnız nüvə proqramının müzakirəsinə razılıq verərək ABŞ-ın digər tələblərini rədd edir. Belə bir gərgin şəraitdə danışıqların başlaması təbii ki, bazara təsirini göstərəcək. Hazırda analitiklər gözlərini Omana dikib. Buradakı danışıqların nəticəsində qiymətlər formalaşacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Fevral 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri