Anam kimi mən də 40 yaşında ana oldum
Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Bu gün Xalq artisti Zülfiyyə Xanbabayeva 59 yaşını qeyd edir.
Axşam.az xəbər verir ki, müğənni özəl günündə ARAZ FM-də “Kəşfet“ verilişinə müsahibə verərək təəssüratlarını bölüşüb. Sənətçi ad günü ilə bağlı ilk təbriki qızından aldığını deyib. O, ailəsi ilə birlikdə vaxt keçirəcəyini bildirib:
“Məni sevənlər, həmkarlarım təbrik edir. Ad günümü ailəmlə keçirəcəyəm. İnsanın özünə aid olan gündür. Pafosdan uzaq olub, özümə həsr etmək istəyirəm. Yubileyimi böyük keçirəcəyəm”.
Z.Xanbabayeva arzularından da danışıb:
“Arzular tükənsə, biz tükənərik. Dünyaya gec gəlmişəm. Anamın 40 yaşında dünyaya gəlmişəm. Qızım Dənizi də mən 40 yaşımda dünyaya gətirdim. İndi arzularım qızımla bağlıdır. Evimdə 19 yaşında qızım var. Özümə qarşı da arzularım var. Nə qədər sənətdəyəm dinləyicilərimə qulluq etməliyəm”.
Baxış sayı:74
Bu xəbər 16 Oktyabr 2026 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















