Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

“Mən xoşbəxtəm ki, Zərifə xanım kimi anam olub”

“Mən xoşbəxtəm ki, Zərifə xanım kimi anam olub”

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Aprelin 27-də Azərbaycan Dövlət Musiqili Teatrında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlət başçısı yubiley tədbirində nitq söyləyib.
Prezident İlham Əliyev mərasimdə iştirak etmək üçün Bakıya gələn qonaqları salamlayıb. Bildirib ki, Zərifə Əliyevanın 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı müxtəlif tədbirlər keçirilib.

“Zərifə xanım sözün, əsl mənasında, böyük həkim idi”, - deyən Prezident İlham Əliyev onun Azərbaycan və dünya oftalmologiyasına verdiyi dəyərli töhfələrdən danışıb. Dövlət başçısı Zərifə xanımın açdığı və insanların görmə qabiliyyətinə mənfi təsir göstərən istehsal sahələrində tədqiqat aparan laboratoriyanın fəaliyyətindən bəhs edib. Bildirib ki, alim kimi böyük zirvələrə yüksələn Zərifə xanımın əsərləri bu gün də əhəmiyyətini itirmir. Oftalmologiya sahəsində SSRİ-də ən yüksək Averbax mükafatına layiq görülən Zərifə xanımın fəaliyyəti ilk növbədə insan amilinə əsaslanırdı.

Azərbaycan Prezidenti bildirib ki, Zərifə xanım Heydər Əliyevin həyat yoldaşı kimi hər zaman dahi siyasət xadiminin fəaliyyətinə dəstək olub. Yüksək mədəniyyətə sahib olan Zərifə xanım bir çoxları üçün son ümid yerinə çevrilib.
Prezident İlham Əliyev vurğulayıb ki, daim insanlara yardım etmək amalı ilə yaşayan Zərifə xanımın unudulmaz obrazı hər zaman əziz və doğma olaraq qalacaqdır. Çünki Zərifə xanım əsl ziyalı idi və Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə təcəssüm etdirirdi.

“Mən xoşbəxtəm ki, Zərifə xanım kimi anam olub”, - deyən dövlətimizin başçısı nitqində son illərdə Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlərdən də danışdı. Bildirdi ki, son 10 ildə 500-dən çox tibb müəssisəsi tikilmiş və ya əsaslı təmir olunub. Bakıda və bölgələrdə zəruri tibb xidməti almaq üçün hər cür şərait yaradılıb. Bu dövrdə səhiyyə sahəsinə dövlət tərəfindən ayrılan vəsaitin həcmi 11 dəfə artıb.
“Bizim siyasətimizin mərkəzində insan amili - Azərbaycan vətəndaşı dayanır”, - deyən Prezident İlham Əliyev bildirdi ki, gənc nəslin sağlam böyüməsi üçün mükəmməl tibbi xidmət olmalı, kadr potensialının artırılması istiqamətində tədbirlər görülməlidir. Dövlət başçısı həyata keçirilən tədbirlər sayəsində Azərbaycanda uşaq ölümünün kəskin şəkildə aşağı düşdüyünü, qazanılan uğurların beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.
Prezident İlham Əliyev bir daha Zərifə xanımın xatirəsini anaraq onun işıqlı obrazının hər bir insanın qəlbində yaşadığını deyib.

Səhiyyə naziri Oqtay Şirəliyev akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinin bu gün də böyük hörmət və ehtiramla xatırlandığını bildirib. Qeyd edib ki, Zərifə xanım Əliyevanın elmi əsərləri, tədqiqatları yenə də aktualdır və onun XX əsrin ortalarında ölkədə yayılan traxoma xəstəliyinin qarşısının alınmasında göstərdiyi əvəzsiz xidmətlər tibb elminin inkişafında mühüm rol oynayır.

“Zərifə xanım peşə ilə bağlı görmə problemlərinin araşdırılmasında yeni istiqamət açdı, dünyada bununla əlaqədar ilk laboratoriya yaratdı, beləliklə də Azərbaycan oftalmologiyasının adını bütün dünyada ucaltdı”, - deyən Oqtay Şirəliyev bildirdi ki, o, pedaqoji kadrların hazırlanmasında böyük xidmətlər göstərib.

Rusiya Tibb Elmləri Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, Diplomdan Sonrakı Tibb Təhsili Akademiyasının rektoru Larisa Moşetova Zərifə xanım Əliyevanın insan və alim kimi unudulmaz keyfiyyətlərindən danışdı, onunla birgə çalışdığı illəri xatırlab. Qeyd edib ki, Zərifə xanımın Bakıda yaratdığı oftalmoloji mərkəz o dövrdə SSRİ miqyasında apardığı tədqiqatlarla məşhur idi.

Rusiya Tibb Elmləri Akademiyasının akademiki, tibb elmləri doktoru, professor, Diplomdan Sonrakı Tibb Təhsili Akademiyasının kafedra müdiri Alevtina Brovkina Zərifə Əliyevanı yaradıcı arzuların carçısı adlandırdı. Bildirdi ki, böyük Azərbaycan alimi hər zaman insanlara yardım etməyi xoşlayırdı, öz alicənablığı ilə insanlara dayaq olurdu.

Türkdilli Ölkələrin Oftalmologiya Cəmiyyətinin sədri Sunay Duman deyib ki, Zərifə Əliyevanın traxoma xəstəliyinin qarşısının alınması sahəsində göstərdiyi xidmətlər bu gün də elmi ictimaiyyət tərəfindən hörmətlə yad edilir. Sunay Duman bu gün Azərbaycanda oftalmologiyanın inkişafı istiqamətində görülən müsbət tədbirlərin dünya elmi tərəfindən diqqətlə izlənildiyini bildirib.
Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyi münasibətilə Azərbaycan incəsənət ustalarının ifasında konsert proqramı təqdim olunub.

Daha sonra Prezident İlham Əliyev akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən fotosərgiyə baxıb.

Modern.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Oktyabr 2026 04:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see496

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see467

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see276

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see258

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see253

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see249

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see241

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see238

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see237

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see230

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see222

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see217

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see214

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see212

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see203

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see200

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see192

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see190

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see188

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri