Icma.az
close
up
RU
“Anam və dostumu itirən sonra özümə gələ bilmirdim, sürünürdüm”

“Anam və dostumu itirən sonra özümə gələ bilmirdim, sürünürdüm”

Icma.az xəbər verir, Olay.az saytına əsaslanaraq.

“Anam və dostumu itirən sonra özümə gələ bilmirdim, sürünürdüm”

“Anam ağır xəstə idi. Bilirdim ki, o nə zamansa dünyasını dəyişəcək. İlk əməliyyatından sonra həkim dedi ki, ananınızın iki il ömrü qalıb. Amma Allah nə qədər o ömrü verdi-verdi... Anam 3 il 3 ay yaşadı”.

OLAY yazır ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu qonaq olduğu “İncə səhər” verilişində deyib.

Sənətçi bir neçə ay əvvəl itirdiyi anası Qənirə xanımdan söz açıb:

“O ərəfələrdə artıq sürünürdüm. Bilirdim ki, işləməliyəm. Bilirdim ki, bütün yük mənim çiynimdədir və nələrsə etməliyəm. O illər ərzində əhvalımın pis olduğu zamanlar da olub amma bunu heç kimə biruzə verməmişəm. İçimdə çəkən insanam. Dərdimi danışmıram. Qapalı insanam. O ağırlığı çəkmək mənə çox çətin idi. İstədim ki, Vətəndən gedib biraz istirahət edim, eynim-beynim açılsın. Amma gələn kimi dostum, meyxanaçı Xəyyam dünyasını dəyişdi. Bu da mənə bir zərbə vurdu. Elə bilirəm ki, həyatımda yadda qalan çətinlik mərhələləri ki var, bu da yadda qalacaq ömürlük”.

Qaraçuxurlu bildirib ki, valideyninin və dostu, həmkarı Xəyyam Əhmədlinin dünyasını dəyişməsindən sonra səhhətində ciddi problemlər yaranıb:

“Özümə gələ bilmirdim. Səhhətimdə artıq pis şeylər baş verirdi. Mən başqa müğənnilər ki, deyiləm. Onların veclərinə olmur. Amma mən cəmiyyətin ismarıcını eşidən insanam. Birazda cəmiyyət üstünə qoydu ki, bunu eləmə, bunu etmək olmaz. Sonra gördüm ki, çox çətindir və mən qalxa bilmirəm. El şənliklərinə getmirdim. Hər gün yuxudan oyanırdım, toy üçün ödənilən avansları geri qaytarırdım və məclislərə getmirdim. Sonra gördüm ki, hər şey hər tərəfli çətinə doğru gedir. Psixoloji bu vəziyyətdən çıxmaq mənə daha çətin olduğunu anladım. Özümə gəldim, ayağa qalxdım. Şükür Allaha yaxşılığa doğru gedirəm. Heç bir psixoloqa da getmədim. Başımda ağrılar olurdu, gicəllənmələr olurdu. Ürəyimdə sıxıntılar olurdu. Çox fikir edirdim. Panik atakım ola bilərdi. Şükür psixologiyam və iradəm güclüdür. Bir neçə ay tənbəl oldum, evdən bayıra çıxmadım, gücsüz oldum. Amma qarşısını aldım, yavaş-yavaş ayağa qalxıram, pozitiv olmağa çalışıram. Bir dərsdə bunda aldım ki, insan həyatı həqiqətəndə heç nədir. Balaca bir xəstəlik gəlib, götürüb aparar”.

Qeyd edək ki, 2 il əvvəl Namiq Qaraçuxurlunun anası Qəmər xanım İranın Ərdəbil şəhərində əməliyyat olunmuşdu. O, uzun müddətdir qida borusundakı xərçəng xəstəliyindən əziyyət çəkirmiş və bu səbəbdən ötən ilin sentyabrda dünyasını dəyişib. Meyxanaçı Xəyyam Əhmədli isə isə ötən ilin dekabrında ürək çatışmazlığından vəfat edib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://olay.az
archiveBu xəbər 04 Mart 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri