ANAMA nın nümayəndə heyəti minatəmizləmə üzrə beynəlxalq konfransda iştirak edib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) müvafiq struktur bölmə rəhbərləri Böyük Britaniyanın London şəhərində keçirilən “Partlayıcı Təhlükələrə Qarşı Mübarizə və Minatəmizləmə üzrə 16-cı İllik Beynəlxalq Konfrans”da iştirak ediblər.
ANAMA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbir çərçivəsində agentlik tərəfindən “Azərbaycanda mina və müharibənin partlayıcı qalıqları problemi” mövzusunda geniş təqdimat edilib. Təqdimatda minalar və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmənin qlobal miqyasda ən ciddi humanitar problemlərdən biri olduğu qeyd olunub. Eləcə də, ölkəmizin üzləşdiyi mina probleminin miqyası, insanların sağlamlığına, yaşam mühitinə yaratdığı təhlükə, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində həyata keçirilən fəaliyyət və minatəmizləmə əməliyyatlarında tətbiq edilən innovativ yanaşmalar barədə ətraflı məlumat verilib.
Sözügedən konfransda 30-dan artıq ölkənin nümayəndələri, o cümlədən partlayıcı qurğular üzrə 150-dən çox mütəxəssis iştirak edib. Tədbir minatəmizləmə və partlayıcı sursatların zərərsizləşdirilməsi sahəsində mövcud çağırışlar, yeni texnologiyalar və qabaqcıl təcrübələrin müzakirəsi üçün mühüm platforma hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 26 Sentyabr 2025 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















