Icma.az
close
up
RU
ADUnun nümayəndə heyəti Pekində Çin dili üzrə beynəlxalq konfransda iştirak edib

ADUnun nümayəndə heyəti Pekində Çin dili üzrə beynəlxalq konfransda iştirak edib

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Azərbaycan Dillər Universitetinin (ADU) prorektoru Şəfəq Şahməmmədovanın başçılığı ilə nümayəndə heyəti Çin Xalq Respublikası (ÇXR) Təhsil Nazirliyinin keçirdiyi Ümumdünya Çin Dili Konfransında iştirak edib. Çin dili və mədəniyyətinin təbliği üzrə təhsil mərkəzləri şəbəkəsinin yaradılmasının 20-ci ildönümünə həsr olunmuş konfransa ÇXR-in hökumət və aparıcı ali təhsil müəssisələrinin nümayəndələri, Konfutsi institutlarının rəhbərləri, tanınmış elm xadimləri və diplomatlar da daxil olmaqla 160 ölkə və regiondan 2 mindən çox iştirakçı qatılıb.

Bu barədə AZƏRTAC-a ADU-nun Konfutsi İnstitutundan məlumat verilib. Əsas mövzusu “Ünsiyyət, inteqrasiya, varislik və innovasiya” olan konfransın açılış mərasimində ÇXR sədrinin müavini Han Çjen və təhsil naziri Huay Tszinpen çıxış ediblər. Onlar Çin və dünya xalqları arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi məqsədilə Çin dilində beynəlxalq təhsilin təşviqinə hərtərəfli dəstəyin davam etdiriləcəyini bildiriblər. Qeyd olunub ki, Çin dilinin öyrənilməsi dünyada daha çox insanın Çin haqqında çoxşaxəli və geniş biliklər əldə etməsinə imkan verir.

Açılış mərasimində Han Çjen Çin Xalq Respublikasının Sədri Si Cinpinin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Tədbir çərçivəsində ADU-nun nümayəndə heyəti HSK 3.0 Çin dili bilik imtahanının yeni test proqramına, xaricdə Çin dilinin tədrisi standartlarına, süni intellektdən istifadə edərək tədrisdə innovativ tendensiyalara, xaricdə Çin dili müəllimlərinin hazırlanmasına, Konfutsi institutlarının inkişaf perspektivlərinə, HSK test mərkəzlərinin işinin təşkilinə həsr olunmuş bir sıra panel iclasları və paralel konfrans forumlarında müzakirələrdə iştirak ediblər.

Konfransın tematik seminarında ADU-nun Konfutsi İnstitutunun direktorları Li Zihua və Rafiq Abbasov iştirak ediblər. R.Abbasov seminar iştirakçılarını tarixi İpək Yolunun dirçəldilməsi üçün “Bir kəmər, bir yol” qlobal Çin layihəsinin həyata keçirilməsi üzrə ixtisaslaşmış ADU-nun Konfutsi İnstitutunun elm, tədris və maarifləndirici fəaliyyəti ilə tanış edib. O bildirib ki, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”də hər iki ölkənin təhsil müəssisələrində Çin və Azərbaycan dillərinin tədrisinin təşviqinə, Konfutsi institutlarının inkişafına dəstək verilməsinə ehtiyac olduğu qeyd edilib.

Sonra seminar iştirakçılarına ADU-nun Konfutsi İnstitutu tərəfindən Çin dilində nəşr olunmuş “İlham Əliyev - iki qədim xalqın dostluğunun müasir davamçısı (2003-2023)” və “Heydər Əliyev və Çin” kitabları hədiyyə edilib.

Konfrans çərçivəsində ADU-nun nümayəndə heyəti Çin dilinin tədrisi və testində yüksək texnologiyaların tətbiqi və Çin dilinin tədrisi sahəsində innovativ təcrübələrə həsr olunmuş sərgi ilə tanış olub.

Səfər zamanı ADU-nun nümayəndə heyəti ilə ÇXR-in Huçjou Universitetinin rəhbərliyi arasında görüş keçirilib. Görüşdə yeni elm və təhsil layihələri əsasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. İkitərəfli təhsil və tələbə mübadiləsi proqramlarının həyata keçirilməsində iki ölkənin dil və mədəniyyətinin öyrənilməsinin əhəmiyyəti vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 Noyabr 2024 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri