Icma.az
close
up
RU
ADUnun nümayəndə heyəti Pekində Çin dili üzrə beynəlxalq konfransda iştirak edib AZƏRTAC

ADUnun nümayəndə heyəti Pekində Çin dili üzrə beynəlxalq konfransda iştirak edib AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin (ADU) prorektoru Şəfəq Şahməmmədovanın başçılığı ilə nümayəndə heyəti Çin Xalq Respublikası (ÇXR) Təhsil Nazirliyinin keçirdiyi Ümumdünya Çin Dili Konfransında iştirak edib. Çin dili və mədəniyyətinin təbliği üzrə təhsil mərkəzləri şəbəkəsinin yaradılmasının 20-ci ildönümünə həsr olunmuş konfransa ÇXR-in hökumət və aparıcı ali təhsil müəssisələrinin nümayəndələri, Konfutsi institutlarının rəhbərləri, tanınmış elm xadimləri və diplomatlar da daxil olmaqla 160 ölkə və regiondan 2 mindən çox iştirakçı qatılıb.

Bu barədə AZƏRTAC-a ADU-nun Konfutsi İnstitutundan məlumat verilib. Əsas mövzusu “Ünsiyyət, inteqrasiya, varislik və innovasiya” olan konfransın açılış mərasimində ÇXR sədrinin müavini Han Çjen və təhsil naziri Huay Tszinpen çıxış ediblər. Onlar Çin və dünya xalqları arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi məqsədilə Çin dilində beynəlxalq təhsilin təşviqinə hərtərəfli dəstəyin davam etdiriləcəyini bildiriblər. Qeyd olunub ki, Çin dilinin öyrənilməsi dünyada daha çox insanın Çin haqqında çoxşaxəli və geniş biliklər əldə etməsinə imkan verir.

Açılış mərasimində Han Çjen Çin Xalq Respublikasının Sədri Si Cinpinin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Tədbir çərçivəsində ADU-nun nümayəndə heyəti HSK 3.0 Çin dili bilik imtahanının yeni test proqramına, xaricdə Çin dilinin tədrisi standartlarına, süni intellektdən istifadə edərək tədrisdə innovativ tendensiyalara, xaricdə Çin dili müəllimlərinin hazırlanmasına, Konfutsi institutlarının inkişaf perspektivlərinə, HSK test mərkəzlərinin işinin təşkilinə həsr olunmuş bir sıra panel iclasları və paralel konfrans forumlarında müzakirələrdə iştirak ediblər.

Konfransın tematik seminarında ADU-nun Konfutsi İnstitutunun direktorları Li Zihua və Rafiq Abbasov iştirak ediblər. R.Abbasov seminar iştirakçılarını tarixi İpək Yolunun dirçəldilməsi üçün “Bir kəmər, bir yol” qlobal Çin layihəsinin həyata keçirilməsi üzrə ixtisaslaşmış ADU-nun Konfutsi İnstitutunun elm, tədris və maarifləndirici fəaliyyəti ilə tanış edib. O bildirib ki, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”də hər iki ölkənin təhsil müəssisələrində Çin və Azərbaycan dillərinin tədrisinin təşviqinə, Konfutsi institutlarının inkişafına dəstək verilməsinə ehtiyac olduğu qeyd edilib.

Sonra seminar iştirakçılarına ADU-nun Konfutsi İnstitutu tərəfindən Çin dilində nəşr olunmuş “İlham Əliyev - iki qədim xalqın dostluğunun müasir davamçısı (2003-2023)” və “Heydər Əliyev və Çin” kitabları hədiyyə edilib.

Konfrans çərçivəsində ADU-nun nümayəndə heyəti Çin dilinin tədrisi və testində yüksək texnologiyaların tətbiqi və Çin dilinin tədrisi sahəsində innovativ təcrübələrə həsr olunmuş sərgi ilə tanış olub.

Səfər zamanı ADU-nun nümayəndə heyəti ilə ÇXR-in Huçjou Universitetinin rəhbərliyi arasında görüş keçirilib. Görüşdə yeni elm və təhsil layihələri əsasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. İkitərəfli təhsil və tələbə mübadiləsi proqramlarının həyata keçirilməsində iki ölkənin dil və mədəniyyətinin öyrənilməsinin əhəmiyyəti vurğulanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:54
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Noyabr 2024 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see121

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see120

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see117

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see116

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see116

Gürcüstanda üç Türkiyə vətəndaşı saxlanılıb Qırmızı bülletenlə axtarışda olublar

19 İyul 2025 16:28see115

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see115

İctimai siyasi fikir və dövlətçilik tariximizdə “Açıq söz” qəzeti

19 İyul 2025 15:43see113

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see113

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see113

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see113

Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir

19 İyul 2025 17:40see112

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see112

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see112

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see112

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see111

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see111

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see111

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see110

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri