Icma.az
close
up
RU
“Anar AYB nin adına müxtəlif yerlərdən KONKRET

“Anar AYB nin adına müxtəlif yerlərdən KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan Yazıçılar Birliyinin (AYB) nümayəndələri məhkəmədə iştirak etmədikləri üçün proses fevralın 9-da davam etdiriləcək”.

KONKRET.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında şair İlham Qəhrəman AYB ilə davam edən məhkəmə çəkişməsi barədə danışarkən deyib.

Şair bildirib ki, Sabunçu Rayon Məhkəməsinin AYB-nin iddiası üzrə çıxardığı qərardan apellyasiya şikayəti verib və fevral ayında işə yenidən baxılacaq:

“Hakim və onun köməkçiləri məni dinlədilər. Dedilər ki, AYB-nin nümayəndəsi məhkəmədə iştirak etmədiyinə görə proses təxirə salınır”.

İlham Qəhrəman deyib ki, birinci instansiya məhkəməsində linqvistik ekspertiza onun yazısının araşdırılmalı olduğunu göstərsə də, bu istiqamətdə hər hansı addım atılmayıb:

“Yazıçı Anarın ətrafında ədəbiyyatın xırmanında olmayıb, təhnəsindən yeyən xeyli adam var. Elə şəxslər var ki, AYB-dən bir neçə mənzil alıblar. Onların adları yenə siyahılara düşüb, amma biz zirzəmidə yaşaya-yaşaya siyahıdan kənarda qalmışıq. Anar AYB-nin adına müxtəlif yerlərdən torpaq alıb kiməsə verir və faizini götürür. Birinci instansiya məhkəməsində linqvistik ekspertiza mənim yazımın araşdırılmalı olduğunu desə də, bunu edən olmadı”.

Şairin sözlərinə görə, hakim ona bütün bu iddiaları bilə-bilə niyə vaxtında məhkəməyə müraciət etmədiyini də sual edib:

“Belə çıxır ki, AYB məni qabaqlayıb”.

Qeyd edək ki, ötən il oktyabrın 1-də Sabunçu Rayon Məhkəməsində AYB ilə şair İlham Qəhrəman arasında məhkəmə prosesi başa çatıb. Məhkəmənin qərarı ilə AYB-nin iddiası qismən təmin olunub.

Qərara əsasən, İlham Qəhrəman 500 manat məbləğində təzminat ödəməli, yazının dərc olunduğu saytda təkzib və üzr dərc edilməli, material isə saytdan silinməlidir. Şair “Yazıçılar Birliyinin ictimai nüfuzuna ziyan vuran, şərəf və ləyaqətini alçaldan yazı” ittihamı ilə məhkəməyə verilmişdi.

İlham Qəhrəman bu qərardan narazı qaldığı üçün Apellyasiya Məhkəməsinə şikayət edib.

Xatırladaq ki, ötən il fevralın 28-də şair İlham Qəhrəman geniş məqalə yayımlayaraq Azərbaycan Yazıçılar Birliyindən ayrıldığını və qurumun mənzil təminatı ilə bağlı proseslərdə haqsızlığa məruz qaldığını açıqlamışdı. Məqalədə səsləndirilən iddialarla bağlı AYB və qurumun sədri, Xalq yazıçısı Anar Rzayev Sabunçu Rayon Məhkəməsinə müraciət edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 Yanvar 2026 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri