Icma.az
close
up
RU
Anar məhkəməyə gedəcək? AYB dən CAVAB

Anar məhkəməyə gedəcək? AYB dən CAVAB

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, şair İlham Qəhrəman Azərbaycan Yazıçılar Birliyindən (AYB) ayrılması və mənzil bölgüsündə haqsızlıqla üzləşməsi ilə bağlı yayımladığı məqalədən sonra məhkəməlik olub. 

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevin iddiası əsasında qaldırılan məhkəmə prosesi 10 aprel tarixində baş tutub. Belə ki, qarşı tərəf şairdən həm üzr, həm də 5 000 manat məbləğində maddi təzminat tələb edir.

Dünənki məhkəmə iclası necə keçib?

Şair İlham Qəhrəman dünənki məhkəmə prosesi ilə əlaqədar “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, baş tutan məhkəmə iclasında hər iki tərəfə çatışmazlıqların aradan qaldırılması deyilib:

“Bu, hazırlıq məhkəməsi idi. Qarşı tərəfin iddiaları üzrə məhkəmənin müəyyən iradları oldu. O iradlar bildirildi. Belə deyək, hər iki tərəfə tapşırıqlar verildi ki, bunları düzəldin, sonra gəlin. Növbəti məhkəmə gələn ayın 15-i olacaq, saat 10:45-ə təyin edilib. Məhkəmədə onların vəkili iştirak etdi, amma mən vəkilsiz idim, vəkil tutmağa imkanım yoxdur.

Qarşı tərəfin vəkilinə sual ünvanlandı ki, iddia ərizəsində gah Yazıçılar Birliyi, gah da mən deyirsiniz. Mən deyəndə ki, kimi nəzərdə tutursunuz, dedilər ki, Anarı. Bildirildi ki, Yazıçılar Birliyi hüquqi şəxsdir, Anar isə fiziki şəxs. 

Sual olundu ki, burada ittihamçı kimdir? Vəkil dedi ki, Yazıçılar Birliyi. Qeyd olundu ki, əgər Anar və digərləri ittihamçı kimi çıxış etmək istəyirlərsə, bu zaman məhkəməyə şəxsən gəlməli və ya öz vəkilləri vasitəsilə iştirak etməlidirlər. Məni göstərdi ki, cavabdeh şəxs burda oturub. Cavabdeh, yəni İlham Qəhrəman buradadır. Amma siz burda gah mən, gah da Yazıçılar Birliyi deyirsiniz. Bu məsələni həll edib gələrsiniz. 

Vəkilləri də bu məsələdə səhv olduğunu etiraf etdi. Hakim mənə də bildirdi ki, irəli sürdüyüm bütün iddiaları sübutlarla əsaslandırmalıyam. Məhkəmədə təzminat məsələsinə də toxunuldu. Bildirildi ki, iddia ərizəsində 5 000 manat təzminatın “YAŞAT” Fonduna yönləndiriləcəyi qeyd olunub. Bunun məhkəmə sənədində yer almasının düzgün olmadığı vurğulandı. Qeyd edildi ki, 5 min manatı ala bilsəz, onu hara yönəltməyiniz sizin şəxsi işinizdir, onu bura niyə yazmısız?” 

Yazıçı Anarın növbəti məhkəmə prosesində iştirak edib-etməyəcəyi bağlı Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza ilə əlaqə saxladıq. O, açıqlamasında qarşı tərəfin iddialarının Anar bəyin şəxsinə deyil, Azərbaycan Yazıçılar Birliyinə qarşı olduğunu bildirib: 

"Bu dəfə hazırlıq prosesi keçirilib. Növbəti məhkəmə iclası gələn ayın 15-nə təyin olunub. Xüsusi bir hadisə baş verməyib. Hazırlıq prosesi iddia və işlə tanışlıq xarakteri daşıyır. Proses davam edəcək. Məhkəmə qərarı verildikdə rəsmi açıqlama verərik. Anar bəyin iştirakına xüsusi ehtiyac da yoxdur, çünki prosesdə vəkil və hüquqşünas təmsil olunur. Üstəlik, iddia Anar bəyin şəxsinə deyil, Azərbaycan Yazıçılar Birliyinə qarşı qaldırılıb”.

Qeyd edək ki, tərəflər arasında baş tutan məhkəmə prosesi Sabunçu Rayon Məhkəməsində keçirilir. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Anar məhkəmə AYBİlham Qəhrəman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Aprel 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri