Icma.az
close
up
RU
Anar ondan sonra AYB nin taleyindən danışdı

Anar ondan sonra AYB nin taleyindən danışdı

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalq yazıçısı: “Sözümü demişəm və sözümün ağasıyam”

Mədəniyyət naziri Adil Kərimli iyulun 27-də Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüşüb. “Yeni Müsavat”ın  məlumatına görə, nazirlikdən  bildirilib ki, görüşdə ölkədə ədəbi prosesin inkişafı, müasir Azərbaycan ədəbiyyatının dəstəklənməsi, kitabxana işinin təkmilləşdirilməsi, mütaliə mədəniyyətinin təşviqi, gənc yazarların yaradıcılıq imkanlarının genişləndirilməsi və bu istiqamətdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub. Söhbət zamanı həmçinin dövlət sifarişi əsasında istehsal olunan filmlər üçün ədəbi əsərlərin seçilməsi, ssenarilərin hazırlanması, Azərbaycan ədəbiyyatının təbliği, eləcə də görkəmli Azərbaycan ədiblərinin həyat və yaradıcılığına həsr olunan filmlərin çəkilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər dövlət qurumları ilə ictimai institutlar arasında əməkdaşlığın daha da gücləndirilməsinin milli ədəbiyyatın inkişafına, mütaliə mədəniyyətinin təşviqinə və ölkənin mədəni həyatının zənginləşməsinə mühüm töhfə verəcəyini vurğulayıblar.

Moderator.az xəbər verir ki, Musavat.com görüşlə bağlı sualları Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevə ünvanlayıb:

- Anar müəllim, mədəniyyət naziri ilə görüş əvvəlcədən planlaşdırılmışdı?

- Mən ona məktub yazmışdım. O da sağ olsun,  Yazıçılar Birliyinə gəldi, görüşdük. Mənim filmimlə bağlı da müzakirələr apardıq.  Deyəsən, bu məsələ həll olundu. Neçə il idi mən bu barədə müraciətlər edirdim. Deyəsən, axır ki, məsələ həllini tapdı.

- Təbrik edirik, Anar müəllim. Bu barədə əvvəlki müsahibələrimizdə danışmışdıq və siz çox narahat idiniz. Səhv etmirəmsə, Cəfər Cabbarlıya aid ssenaridən söhbət gedir...

- Bəli, Cəfər Cabbarlıya həsr olunmuş film.

- Mədəniyyət naziri Yazıçılar Birliyinə ilk dəfə gəlirdi?

- Yox, yeni  təyin olunanda da gəlmişdi, onda da yaxşı görüşümüz olmuşdu. Növbəti dəfə də gəldi, müavini, işçiləri ilə birlikdə. Çox səmimi bir söhbətimiz oldu.

- Bundan əvvəl Mədəniyyət Nazirliyi ilə Yazıçılar Birliyi arasında yaranmış problem də geniş müzakirə olunurdu.

- Yüngül bir şey olmuşdu, o da keçdi. O da hər şeyi başa düşür, mən də. Çox mehriban, çox  yaxşı, səmimi söhbətimiz oldu. Hər şey həllini tapdı.

- Anar müəllim, mədəniyyət naziri ilə Qarabağdakı Zəfərimizə həsr olunan filmlərin çəkilməsi ilə bağlı müzakirələr aparıldımı, təkliflər səsləndimi?

- Hə, elə bizim katiblər də görüşdə iştirak edirdilər. Nazir də dedi ki, Qarabağ və digər mövzular bizi maraqlandırır. Katiblər də müəyyən ədəbi əsərlərlə bağlı təkliflər səsləndirdilər, ssenarilərdən bəhs olundu. Güman edirəm ki, Mədəniyyət Nazirliyi ilə bu əməkdaşlığımız çox səmərəli olacaq.

- Biz də ümid eləyirik. Anar müəllim, sizin Yazıçılar Birliyinin sədrliyindən getmək niyyətinizə mədəniyyət naziri necə münasibət bildirir? Nazir demədi ki, AYB-ni sizsiz təsəvvür edə bilmir?

- Yox, o barədə danışmadıq. Bu məsələnin nazirliyə aidiyyəti yoxdur. Bu, Yazıçılar Birliyinin işidir. Mən də sözümü demişəm və bilirsən ki, sözümün ağasıyam. Demişəmsə, qurultay olanda gedəcəyəm da... Hələ bir il var da. Hələ bir il səninlə söhbət edəcəyik.

- İnşallah. Anar müəllimdən sonra o kürsüdə kim oturacaq? Bu barədə şəxsən sizin təsəvvürünüz varmı?  Yazıçılar Birliyinin qorunub-saxlanması, dağılmaması üçün hər halda, fikirlərşirsiniz..

- Mənə elə gəlir ki, təşkilat qorunacaq. Əlbəttə ki, bu, çox vacibdir. Çünki kim nə deyir-desin, həyatda çox böyük rolu olan, çox mühüm ədəbiyyat mərkəzidir. Bu, jurnallarımız, qəzetlərimizlə bağlıdır, dil də ədəbiyyatda yaranır, dil ədəbiyyat vasitəsilə qorunur. Onda mənə elə gəlir ki, bu təşkilat dağılmamalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 İyul 2026 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri