Icma.az
close
up
RU
Anar Bağırov beynəlxalq konfransda videoformatda çıxış edib

Anar Bağırov beynəlxalq konfransda videoformatda çıxış edib

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tədbirdə bir sıra beynəlxalq təşkilatların nümayəndələri, Vəkillər kollegiyalarının və dövlət qurumlarının rəhbərləri, eləcə də fərqli ölkələrdən hüquq mütəxəssisləri iştirak edib.
Konfransda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov “İnsan resurslarının inkişafı: Sərhədlərarası “Bir Kəmər - Bir Yol” layihələrində hüquqi bacarıqların formalaşdırılması” mövzusunda videoformatda çıxış edib.
Kollegiyanın sədri Anar Bağırov videoçıxışında son illər dövlət başçısının rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun həyata keçirilən məhkəmə-hüquq islahatlarından bəhs edib. Sədr qeyd edib ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmələrdə iş yükünün azaldılması və vətəndaşların məhkəmələrə əlçatanlığının təmin olunması istiqamətində mühüm addımlar atılıb.
Eyni zamanda Anar Bağırov Azərbaycanın azad olunmuş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyini vurğulayıb. Nəzərə çatdırılıb ki, bu proses təkcə iqtisadi və sosial baxımdan deyil, həm də hüquqi müstəvidə ədalətin bərpası kimi mühüm əhəmiyyət daşıyır.
Həmçinin sədr gələcəkdə Zəngəzur dəhlizinin açılmasının regional əməkdaşlıq və hüquqi inteqrasiya baxımından mühüm əhəmiyyət kəsb edəcəyini ifadə edib. Bu dəhlizin fəaliyyətə başlaması təkcə iqtisadi əlaqələri genişləndirməyəcək, həm də regionda beynəlxalq hüquq normalarına əsaslanan sabit və dayanıqlı əməkdaşlıq mühitinin formalaşmasına töhfə verəcək.
Anar Bağırov qeyd edib ki, Azərbaycanın Şərqlə Qərb, Avropa ilə Asiya arasında yerləşən strateji mövqeyi, habelə “Böyük İpək Yolu” üzərində yerləşməsi ölkəmizə əsrlər boyu mədəniyyətlər, sivilizasiyalar və iqtisadi mərkəzlər arasında mühüm körpü rolunu oynamağa imkan verib. Bu gün də Azərbaycan həmin tarixi missiyanı müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirir və beynəlxalq əməkdaşlığın genişləndirilməsində hüquqi mexanizmlərin möhkəmləndirilməsinə xüsusi önəm verir.
Sədr çıxışının davamında vurğulayıb ki, VK davamlı təlim proqramları, rəqəmsal hüquqi platformalar və beynəlxalq tərəfdaşlıqlar vasitəsilə hüquqşünasların peşəkar inkişafına, etik dəyərlərin və peşə standartlarının qorunmasına böyük diqqət yetirir. Kollegiyanın əsas məqsədi hüquqi xidmətlərin keyfiyyətini artırmaq, vəkillik fəaliyyətinin beynəlxalq hüquq normalarına uyğun aparılmasını təmin etməkdir.
Sonda Anar Bağırov əlavə edib ki, “Bir Kəmər – Bir Yol” təşəbbüsünün uğuru təkcə iqtisadi əməkdaşlıqdan deyil, həm də güclü hüquqi baza, şəffaf institutlar və səmərəli insan resurslarının inkişafından asılıdır.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azvision.az
archiveBu xəbər 15 Oktyabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see427

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see341

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see302

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see293

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see237

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see236

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see214

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see209

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see199

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see187

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see187

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see181

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see177

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see176

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see171

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see167

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see149

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri