Icma.az
close
up
RU
Anar Bağırov Türkiyədə Beynəlxalq Ədalət Sammitində çıxış etdi FOTO

Anar Bağırov Türkiyədə Beynəlxalq Ədalət Sammitində çıxış etdi FOTO

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

8–9 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının Ədliyyə Nazirliyi və Türkiyə Barolar Birliyinin dəvəti ilə İstanbul şəhərində keçirilən Beynəlxalq Ədalət Sammitində iştirak edib.

Redaktor.az xəbər verir ki, səfərdə Kollegiya sədri Anar Bağırovla yanaşı, Vəkillərin İntizam Komissiyasının sədri Cavid Alıyev də iştirak edib.

Tarixi Çırağan Sarayında “Ədalətin gələcəyi: bəşəriyyət naminə ortaq məsuliyyət” mövzusunda təşkil olunan Sammit dünyanın 40-dan çox ölkəsindən ədliyyə nazirlərini, məhkəmə orqanlarının yüksək vəzifəli nümayəndələrini, beynəlxalq təşkilatların təmsilçilərini, tanınmış akademikləri, vəkilləri və hüquqşünasları bir araya gətirib. Tədbir müasir ədalət sistemlərinin qarşılaşdığı aktual problemlərin müzakirəsi və bu sahədə beynəlxalq təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynayıb.

Sürətli texnoloji dəyişikliklər, artan təhlükəsizlik çağırışları və mürəkkəbləşən transsərhəd hüquqi məsələlər fonunda keçirilən Sammitin əsas məqsədi beynəlxalq dialoq və əməkdaşlığın gücləndirilməsi, eləcə də qarşıdakı illərdə ədalət sistemlərinin üzləşəcəyi çağırışlar və imkanlarla bağlı ortaq yanaşmaların formalaşdırılması olub.

Tədbir çərçivəsində hüquq və ədliyyə sahəsinin müasir gündəliyində yer alan məsələlər səkkiz əsas istiqamət üzrə təşkil edilən panellərdə müzakirə olunub.  

Açılış mərasimində Türkiyənin ədliyyə naziri Akın Gürlek çıxış edərək iştirakçıları salamlayıb və ədliyyə sahəsinin aktual məsələlərinin, eləcə də gələcək perspektivlərinin müzakirəsi baxımından belə beynəlxalq platformaların əhəmiyyətini vurğulayıb.

VK sədri Anar Bağırov panel müzakirələri zamanı vəkillik peşəsinin müstəqilliyinin hüququn aliliyi, insan hüquqlarının müdafiəsi və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi üçün fundamental təminat olduğunu vurğulayıb. Sədr qeyd edib ki, bu müstəqilliyin qorunması yalnız ayrı-ayrı dövlətlərin və milli vəkillər qurumlarının deyil, həm də regional və beynəlxalq peşə təşkilatlarının ortaq məsuliyyətidir.

Hüquqi təminatlardan danışarkən Anar Bağırov ötən il “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş dəyişikliklərin vəkil-müvəkkil münasibətlərində məxfiliyin qorunması və peşə təminatlarının gücləndirilməsi baxımından əhəmiyyətini söyləyib. Sədr qanun layihəsi ilə bağlı dəyərli rəy və tövsiyələrinə görə Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) töhfəsini də yüksək qiymətləndirib.

Anar Bağırov VK-nın Türkiyə Barolar Birliyi ilə dostluq münasibətlərinə toxunaraq, təcrübə mübadiləsinin, o cümlədən vəkilliyə qəbul mexanizmləri sahəsində əməkdaşlığın praktik nəticələrini qeyd edib. Vəkillik peşəsinin dayanıqlı inkişafı üçün maliyyə müstəqilliyinin də mühüm əhəmiyyət daşıdığını bildirən sədr Türkiyə təcrübəsindən bəhrələnərək Azərbaycanda vəkil markası sisteminin tətbiqinin VK-nın institusional inkişafına və sosial təşəbbüslərin dəstəklənməsinə imkan yaratdığını söyləyib. Türkiyə də qəbul imtahanı mexanizmi hazırlayarkən Azərbaycanın təcrübəsindən istifadə etdiyini nəzərə çatdırılıb.       

Anar Bağırov Türk dövlətlərinin vəkillər birliyi arasında əlaqələrin institusional əsasda inkişaf etdirilməsinə də diqqət çəkib. Sədr vahid Türk Dövlətləri Vəkillər Kollegiyaları Birliyinin yaradılmasının əhəmiyyətini qeyd edərək, bu istiqamətdə Türkiyə Barolar Birliyi ilə birgə iş aparıldığını bildirib.

Çıxış zamanı rəqəmsallaşma, süni intellekt, fərdi məlumatların qorunması və kibertəhlükəsizlik məsələləri barədə də danışılıb. Sədr yeni texnologiyaların vəkillik peşəsi üçün imkanlarla yanaşı, əlavə məsuliyyətlər də yaratdığını, rəqəmsal mühitdə peşə sirrinin və müdafiə hüququnun qorunmasının xüsusi əhəmiyyət daşıdığını deyib. 

Səfər çərçivəsində VK nümayəndə heyəti ilə beynəlxalq təşkilatların və müxtəlif ölkələrin Vəkillər kollegiyalarının rəhbərləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və təcrübə mübadiləsi istiqamətində görüşlər keçirilib, gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.   

Sammitin yekununda iştirakçıların şərəfinə rəsmi ziyafət təşkil olunub.

Qeyd edək ki, Sammitdə Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov və Azərbaycan Respublikasının Baş prokurorunun birinci müavini Elçin Məmmədovun rəhbərlik etdikləri nümayəndə heyətləri də iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Oktyabr 2026 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see294

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see294

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see290

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see271

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see269

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see263

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see262

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see241

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see226

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see214

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see213

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see213

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see211

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see209

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see207

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see201

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see197

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see189

Tuxel İspaniya mediasına sərt reaksiya verdi: “Siz özünüz qalmaqal yaradırsınız”

15 Noyabr 2026 02:17see182

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri