Icma.az
close
up
RU
Anar Bağırov Sloveniyada beynəlxalq tədbirdə çıxış edib

Anar Bağırov Sloveniyada beynəlxalq tədbirdə çıxış edib

Icma.az, Sia Az saytına istinadən bildirir.

Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Sloveniyanın paytaxtı Lyublyana şəhərində səfərdə olub.

Bu barədə SİA-ya kollegiyadan məlumat verilib.

Bildirilib ki, Səfərdə VK sədri Anar Bağırovla yanaşı, Kollegiyanın Rəyasət Heyətinin üzvü Elçin Usub da iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyəti Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) plenar iclasına, eləcə də təşkilatın "Mübadilə, əməkdaşlıq və dəstək platforması" (PECO) Komitəsinin tədbirinə qatılıb.

İclas və tədbirdə müxtəlif ölkələrin Vəkillər kollegiyalarının və hüquq cəmiyyətlərinin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, dövlət rəsmiləri və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.

Plenar iclasın açılış mərasimində Sloveniya Vəkillər Kollegiyasının prezidenti Janez Starman, Sloveniyanın Prezidenti Nataşa Pirc Musar, Sloveniya Ali Məhkəməsinin sədri Damjan Oroz və Sloveniya Məhkəmə Şurasının sədri Urşka Kezmah çıxış edərək iştirakçıları salamlayıblar. Çıxışlarda hüququn aliliyinin qorunması, beynəlxalq hüquqi əməkdaşlığın inkişafı və hüquq peşəsi nümayəndələri arasında institusional əlaqələrin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

İclas çərçivəsində CCBE rəhbərliyi tərəfindən təşkilatın cari fəaliyyəti, qarşıda duran prioritetlər və strateji inkişaf istiqamətləri barədə məlumat verilib. Eyni zamanda maliyyə məsələləri və təşkilatın qarşıdakı dövr üçün tədbirlər təqvimi təsdiqlənib. Həmçinin CCBE-nin fəaliyyəti üzrə yeniliklər nəzərdən keçirilib və strateji əhəmiyyət daşıyan sənəd layihələri müzakirə olunub. Bununla yanaşı, Vəkillər kollegiyaları, hüquq cəmiyyətləri, hüquq firmaları və vəkillər üçün istixana qazı emissiyaları və iqlim dəyişikliyi ilə bağlı CCBE Bələdçisinin layihəsinə baxılıb.

PECO iclasında çıxış edən VK sədri Anar Bağırov son illər ölkədə vəkillik institutunun dinamik inkişaf etdiyini, həyata keçirilən islahatlar nəticəsində vəkillərin sayının əhəmiyyətli dərəcədə artdığını bildirib.

Sədr qeyd edib ki, vəkillik peşəsi ölkədə nüfuzlu və perspektivli hüquq fəaliyyət istiqamətlərindən birinə çevrilib.

Sədr VK-nın ali təhsil müəssisələri ilə əməkdaşlığının genişləndirildiyini, eləcə də "PAŞA Holding" ilə birgə həyata keçirilə "LEGIS Hüquq Forumu" layihəsinin hüquqi maarifləndirmə, peşəkar dialoq və hüquq ictimaiyyətinin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb. Bununla yanaşı, yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində vəkillərin peşəkar hazırlığının artırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi vurğulanıb.

Anar Bağırov çıxışının davamında Azərbaycanın beynəlxalq hüquq platformalarında fəal təmsil olunduğunu qeyd edərək, cari ilin oktyabr ayında ölkəmizin Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) payız konfransına ev sahibliyi edəcəyini və bununla bağlı hazırlıq işlərinin davam etdirildiyini söyləyib.

İclas çərçivəsində müxtəlif ölkələrin Vəkillər kollegiyalarının rəhbərləri öz ölkələrində hüquq sistemi və vəkillik institutu sahəsində görülən işlər, həyata keçirilən islahatlar və aktual yeniliklər barədə məlumat verərək hesabatlarla çıxış ediblər.

Təqdimatlardan sonra iştirakçılar arasında qarşılıqlı müzakirələr aparılıb, fikir mübadiləsi həyata keçirilib və suallar cavablandırılıb.

Eyni zamanda tədbir çərçivəsində gələcək əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi məqsədilə Kollegiya sədri Anar Bağırov tərəfindən beynəlxalq təşkilatların və bir sıra ölkələrin Vəkillər kollegiyalarının rəhbərləri arasında müvafiq görüşlər keçirilib, təcrübə mübadiləsi, gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.

Tədbirin sonunda iştirakçılar üçün Lyublyana qəsrində rəsmi ziyafət təşkil olunub.

Bundan başqa, səfər çərçivəsində nümayəndə heyəti bu ölkənin Çepovan kəndindəki qardaşlıq qəbiristanlığında dəfn olunmuş Sovet İttifaqı və Sloveniya qəhrəmanı Mehdi Hüseynzadənin məzarını ziyarət ediblər. Sonra nümayəndə heyəti əfsanəvi qəhrəmanın şərəfinə ucaldılmış abidə və onun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şempas qəsəbəsində yaradılmış muzeydə olublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 İyun 2026 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri