Anar Bağırov: Bu gün imtahanda rekord sayda namizəd iştirak edir
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Bu gün Dövlət İmtahan Mərkəzində keçirilən vəkilliyə namizədlər üçün ixtisas imtahanının test mərhələsində rekord sayda şəxs iştirak edir.
"Cebheinfo.az" xəbər verir ki, bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov jurnalislətə açıqlamasında deyib.
Sədr müqayisə üçün qeyd edib ki, ötən ilin noyabrında keçirilən imtahanda 400-dən bir qədər çox namizəd iştirak etmişdi:
"Bu gün keçirilən vəkilliyə qəbul üzrə yazılı imtahanda 540 namizəd iştirak edir. Bu göstərici son illərin, xüsusilə də, 2018-ci ildən bəri ən yüksək nəticələrdən biri hesab olunur".
A.Bağırov qadın namizədlərin sayında da artım müşahidə olunduğunu vurğulayıb:
"Vəkillik sahəsində islahatlar davam edir və yeni nəsil hüquqşünasların eləcə də qadınların bu sahəyə marağı peşənin daha da müasirləşməsinə töhfə verir".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:91
Bu xəbər 07 May 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















