Icma.az
close
up
RU
Anar Əliyev Ağdaşda vətəndaşları qəbul edəcək

Anar Əliyev Ağdaşda vətəndaşları qəbul edəcək

Icma.az bildirir, Aznews.az saytına əsaslanaraq.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev martın 14-də Ağdaş rayonunda Ağdaş və Yevlax rayonlarının sakinlərini qəbul edəcək.

Aznews.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.

Bildirilib ki, qəbul zamanı vətəndaşların ƏƏSMN-in səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar martın 5-7-də nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vurğulanıb ki, vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 05 Mart 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri