Icma.az
close
up
RU
Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib

Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Etibar Nəsibov ifadə verib.

O, ifadəsində bildirib ki, Anar Əsədlini ilə dostluq münasibətləri olub: "2019-cu ilin noyabrın əvvəlləri atasının vəfat etdiyi vaxtlarda Anar Əsədli mənə zəng edib görüşmək istədiyini söylədi. Onunla görüşəndə məndən xahiş etdi ki, bizi tanış edən ortaq dostumuzdan borca pul alım, qəbri düzəltmək üçün pul lazımdır. Bildirdi ki, 4 min dollar pula ehtiyacı var. Həmin pulu özüm verdim.

Uzun müddət ondan səs çıxmadı. Sonra Türkiyənin nəhəng şirkəti ilə işbirliyi quracağını deyərək məndən əlavə pul istədi. Min dollar da əlavə pul verdim. 2023-cü ildə Anar Əsədli həbsdə olanda qardaşı mənimlə görüşmək istədiyini dedi. Soruşdu ki, Anar məndən pulu niyə istəyib? Deyəndə məyus oldu, bildirdi ki, qəbri düzəltməyə pulları çatır. Bir müddət sonra Anar Əsədli 2 min dolları qaytardı. Daha sonra isə zənglərimə cavab verməməyə başladı. Mən də şikayətçi oldum. Hazırda mənə 3 min dollar borcu var".

Vəkilin suallarını cavablandıran zərərçəkən bildirib ki, Anar Əsədlinin öncəki vəkili pulu qaytarmağı təklif edib: "Onun vəkili mənimlə görüşüb dedi ki, 3 min dolları verəcək, lakin bu, notarial qaydada təsdiqlənməlidir. Mən razılaşmadım. Bildirdim ki, borcu verəndə heç nə imzalamamışdım, indi niyə nəsə imzalayım ki? Ümumiyyətlə, vəkil dedi ki, pulu verəcək, amma mən də şikayətimi geri götürməliyəm. Razılaşmadım, dedim ki, Anar məndən üzr də istəməlidir. Əgər gətirib pulu burada verərsə, qəbul edərəm".

Anar Əsədli zərərçəkənin ifadəsini qismən təsdiqləyib: "Mən həqiqətəndə ondan 5 min dollar pul alıb, 2 min dollar qaytarmışam. Lakin, danışdığı hekayə yalandır. Aramızda heç bir hörmətsizlik olmayıb. O mənə pul verdikdən sonra partiya quruculuğunda iştirak edib, qurultaya rəhbərlik edib. Şəkillərimiz də varl".

Bu zaman Anar Əsədli ilə zərərçəkən arasında gərginlik yaranıb. Onlar bir-birinə təhqiramiz ifadələr deyiblər.

Hakim hər iki şəxsə xəbərdarlıq edib.

Etibar Nəsibov onu da deyib ki, borca verdiyi pul qaytarılsa da, şikayətini geri götürməyəcək.

Prosesin davamında şahidlərin ifadəsi elan olunub.

Daha sonra cinayət işində sənədlər tədqiq ediilib.

Növbəti proses mayın 15-nə təxirə salınıb.

Qeyd edək ki, Anar Əsədliyə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 2023-cü ilin aprel ayında həbs qətimkan tədbiri seçilib. Sonradan məhkəmə Anar Əsədlini ev dustaqlığına buraxsa da, o, ilk baxış iclasında zərərçəkmiş tərəfin vəsatəti əsasında məhkəmə zalında həbs edilib.

Cinayət işində zərərçəkən qismində Oqtay Qasımov, İlham Hüseynli, Etibar Nəsibov və Tamara Allahverdiyeva tanınıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 May 2026 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see376

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see346

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see333

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see276

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see272

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see247

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see246

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see225

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see208

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see206

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see200

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see189

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see185

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see185

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see175

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see175

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see174

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see170

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri