Anar Kərimov: Azərbaycan iqtisadi dayanıqlığın artırılması üçün ADB ilə əməkdaşlığı davam etdirəcək
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
Azərbaycan sahibkarların güclənməsi və iqtisadi dayanıqlığın artırılması üçün ADB ilə birgə səyləri davam etdirəcək.
“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Asiya İnkişaf Bankının (ADB) dəstəyi ilə “Asiya Mikro, Kiçik və Orta Müəssisələr Monitoru 2025” hesabatının təqdimatında çıxış edən maliyyə nazirinin müavini Anar Kərimov bildirib.
O deyib ki, Azərbaycan ilə ADB arasında tərəfdaşlıq uzunmüddətli, etibarlı və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır.
Nazir müavini vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı, innovasiyaya əsaslanan və rəqabətədavamlı inkişaf modelinə keçid mərhələsindədir. Bu prosesdə dövlət maliyyəsinin modernləşdirilməsi, rəqəmsallaşma, nəticəyönümlü büdcə siyasəti və sahibkarlığın dəstəklənməsi prioritet istiqamətlər kimi müəyyən edilib.
Onun sözlərinə görə, mikro, kiçik və orta müəssisələr iqtisadiyyatın şaxələndirilməsi baxımından əsas drayverlərdən biridir və bu istiqamətdə KOBİA (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) mühüm rol oynayır. Azərbaycan hökuməti qadın və gənc sahibkarların bazara çıxış imkanlarını genişləndirmək, rəqəmsal transformasiyanı və “yaşıl” iqtisadiyyata keçidi sürətləndirmək istiqamətində addımlar atır.
Anar Kərimov çıxışının sonunda qeyd edib ki, Azərbaycan ADB ilə birgə sahibkarların güclənməsi, fiskal sistemlərin təkmilləşdirilməsi və iqtisadi dayanıqlığın artırılması üçün səylərini davam etdirəcək.
“Azərbaycan sahibkarları gücləndirən, fiskal sistemləri möhkəmləndirən və iqtisadi dayanıqlığı artıran siyasətləri ADB ilə birgə təşviq etməyə davam edəcək,” – deyə nazir müavini əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 12 Noyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















