ABŞ İran və Venesueladan olan şəxslərə dron ticarətinə görə sanksiyalar tətbiq edib
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi İran və Venesuelada yerləşən, pilotsuz uçuş aparatlarının (PUA) ticarəti ilə əlaqəli 10 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
APA xəbər verir ki, bu barədə qurumunun rəsmi saytında məlumat yayılıb.
Açıqlamada qeyd olunur ki, sanksiyalar İranın Venesuela ilə dron ticarətinə töhfə vermiş şəxslər və qurumları əhatə edir.
Sanksiya siyahısına Venesuelanın Empresa Aeronautica Nacional şirkəti də daxil edilib.
Ümumilikdə, sanksiya siyahılarına İrandan beş fiziki və üç hüquqi şəxs, Venesueladan isə bir fiziki və bir hüquqi şəxs salınıb.
Baxış sayı:49
Bu xəbər 31 Dekabr 2025 03:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















