Anar: Təhminə obrazının bu qədər sevilməsinin sirrini mən də aydınlaşdıra bilməmişəm
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 27 aprel, AZƏRTAC
“Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərinin və Təhminə obrazının bu qədər sevilməsinin sirrini müəllifi kimi mən də aydınlaşdıra bilməmişəm. Bəzən müəllif özü də əsərinin sirrini tam anlaya bilmir. Çünki bəzi əsərlər yazılmır, onlar yaranır. Məhz buna görə yadda qalır.
Bu, “başıbəlalı” adlandıra biləcəyim əsərdir. Digər əsərlərimin onu “qısqanması” isə təsadüfi deyil.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.
Xalq yazıçısı qeyd edib ki, Təhminə obrazı klassik sevgi qəhrəmanı deyil. “O, azad olmaq istəyən, hisslərini gizlətməyən, cəmiyyətin sərhədlərinə sığmayan obrazdır. Təhminənin cəsarəti və ziddiyyətləri oxucunu cəlb edir. Bu, azad olmayan cəmiyyətdə azad qalmağa çalışan insanın hekayəsidir. Oxucu əsərdə təkcə iki insanın münasibətini yox, bütöv bir sistemə qarşı daxili üsyanı görür”,- deyə Anar əlavə edib.
Müxbir – Fidan Əlizadə
Baxış sayı:115
Bu xəbər 27 Aprel 2026 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















