Icma.az
close
up
RU
Bəs Təhminə ölməsəydi?

Bəs Təhminə ölməsəydi?

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün sosial mediada qarşıma bir video çıxdı. Süni intellekt vasitəsilə sonu xoşbəxt bitməyən əsərlərdəki cütlüklərin evləndiklərini göstərirdilər, o cümlədən Xalq yazıçısı Anar Rzayevin məşhur "Təhminə" əsərindəki Təhminə və Zauru.

Məlum olduğu kimi, "Təhminə" uğursuz sevgi hekayəsidir. 

 Əsərin əvvəlində Təhminə və Zaur bir- birilərini dəli kimi, böyük ehtirasla sevirlər. Zaur bu qıza görə ana- atasının üzünə ağ olur, ailəsini qoyub onun yanına gedir. Birlikdə çox xoşbəxt olurlar.

Gözəl dəqiqələr, xatirələr yaşayırlar. İkisinin də xoşbəxt olduğu gecələrin birində Təhminə deyir: "İnan mənə, Zaur, həyatında başqaları da olacaq. Amma heç vaxt ola bilməz ki, hər şey bax, beləcə olsun. Leninqrad, Şopenin melodiyası. Bunlar ancaq bizimdir, Zaur. Ancaq bizim". 

 Amma tədricən tərəflər arasında soyuqluq yaranır. Zaur Təhminənin qonşuları Spartakla, iş yoldaşı Muxtarla, bazardakı qəssablarla da münasibətdə olduğunu öyrənir və şübhələr ağacı içdən yeyən qurd kimi onun ürəyini yeyir. Təhminə hər dəfə bir söz tapır, Zaurun etirazlarına "Burda şişirdiləsi nə var ki?", "Yaxşı adamdır" kimi cavablar verir.

 Günlərin birində isə bardağı daşıran son damla da tapılır- Zaur Təhminənin Spartakla birlikdə onların bağ evində olduğunu öyrənir. Evə gələndə ailəsinin bəyəndiyi qızla- Spartakın bacısı Firəngizlə evliliyə razılıq verir. Anası da, atası da sevindirir. 

 Zaur Təhminənin rəfiqəsi Mədinədən onun ölüm xəbərini eşidəndə birdən- birə on il, on beş il qocalır sanki. Dili söz tutmur. "Mənə ondan danış" sözlərini güclə tələffüz edir. Mədinənin cavabı isə Zauru daha ciddi təlatümlərə salır:

- Nə danışım? Elə bir həyatda heç belə adam olmayıb. 

 Zaur dediyi kimi, Firəngizlə evlənir, ancaq bir sual onu ömrü boyu düşündürür: Təhminə, həqiqətən, onu sevmişdimi? Yoxsa, digərlərindən heç bir fərqi yox idi? Bircə bildiyi o idi ki, Təhminə Zauru çox dəyişmişdi, ən gözəl anlarının səbəbkarı olmuşdu. Və deməli, Zaur Təhminəni unuda bilməyəcəkdi. İstəsə də, özünü buna məcbur etsə də...

 ... Zaur İstanbulda, sahil boyunca gəzərkən ürəyində danışır: "Heç bir gəmi, heç bir təyyarə insanı özü- özündən uzaqlaşdıra bilməz. Bəzən mənə elə gəlir ki, olanların üzərindən yüz il keçib, bəzənsə elə bilirəm ki, hər şey dünən olun. Elə dünən...".

 "Çoxumuzda belə olur. Ən xoşbəxt anlarımızı unutmağa çalışdıqca onlara daha çox yaxınlaşırıq. Nifrət etməyə cəhd göstərdikcə daha çox sevirik...Çünki böyük ehtimalla hər kişinin həyatında çox sevdiyi, onu özünə öyrədən və cavabsız suallarla tərk edən bir Təhminə olur. Həmin Təhminə gec- tez, elə, ya belə ölür. Filmdə deyildiyi kimi, belə birinin olmadığını düşünürsən..."-bu qeydlər haçanda "Təhminə" ilə bağlə yazdıqlarımdandır. 

Maraqlıdır, görəsən, Təhminə ölməsəydi, onlar evlənsə idilər nələr olardı? Ümumiyyətlə, Zaur Təhminəni qəbul edərdimi? Lap deyək ki, etdi, bəs ailəsi? Qohum- əqrəba, qonşuları Zaura nə deyərdi? Tutaq ki, sevgisi bunların hamısından güclü oldu və Təhminəni qəbul etdi. Bəs sonra? Gələcəkdə daha böyük faciələr yaşanmazdı? Hərçənd bundan böyük nə faciə: Sevgi bitir, biri ölür, biri dəli olmaq səviyyəsinə çatır? Və ən əsası ümid, inam ölür...Başa düşürsən ki, bir daha əvvəlki kimi sevə, əvvəlki kimi ola bilməzsən.

Hə, onu deyirdim axı, görəsən, Təhminə ölməsəydi nə olardı? Yəqin ki, xoşbəxt olmayacaqdılar. Ola bilsin, daha böyük peşmanlıqlar, faciələr yaşayacaqdılar. Zaur Təhminənin ona xəyanət etdiyini bilə - bilə hara qədər bunu görməzdən gələ bilərdi ki? Bəs Təhminə? Onun vicdanı? Hara qədər Təhminənin vicdanı sızıldamayacaqdı?..

Deyirlər, yazıçılar öz dünyalarının Allahlarıdır. Və əgər Allah, doğrudan da, ədalətlidirsə, ola bilsin, müəllif ən düzünü edibmiş...

Kənan Novruzov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Yanvar 2026 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see215

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see204

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see203

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see195

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see189

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see185

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see185

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see181

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see177

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see177

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see175

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see171

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see171

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see169

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see167

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see167

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see166

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see165

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see161

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri