Icma.az
close
up
RU
Anardan Məleykə Abbaszadəyə cavab: “Yazıçılar imtahan götürməlidir, imtahan verməməlidir”

Anardan Məleykə Abbaszadəyə cavab: “Yazıçılar imtahan götürməlidir, imtahan verməməlidir”

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Martın 17-də Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq versiyasının onlayn platforması təqdim edilib. 

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Azərbaycan dili üzrə sertifikasiya imtahanının doğma dilimizin inkişafı üçün əhəmiyyətini vurğulayıb. O bildirib ki, bir müddət öncə Dövlət İmtahan Mərkəzi mütəxəssislərlə birgə “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram və sertifikasiya imtahanı modeli hazırlayaraq ictimaiyyətə təqdim edib:

“Həmin proqram Əqli Mülkiyyət Agentliyi tərəfindən qeydiyyatdan keçirilib və müstəsna istifadə hüquqlarının Dövlət İmtahan Mərkəzinə məxsus olduğunu təsdiq edən şəhadətnamə verilib”. 

Artıq imtahanın sınaq versiyasının onlayn platforması hazır olduğunu qeyd edən sədr imtahan modelinin dünyanın müxtəlif yerlərində dilin tədrisi üçün kurikulumların və dil üzrə bilik və bacarıqların ölçülməsi ilə bağlı alətlərin hazırlanmasında istifadə olunan dillər üzrə ümum-Avropa çərçivə sənədi və Azərbaycan dilinin xüsusiyyətləri nəzərə alınaraq ərsəyə gətirildiyini qeyd edib. 

Məleykə Abbaszadə imtahanın Azərbaycan dili üzrə bilik və bacarıqların qiymətləndirilməsi üçün etibarlı bir mexanizm kimi fəaliyyət göstərəcəyinə əmin olduğunu diqqətə çatdırıb və hər kəsi qeydiyyatdan keçərək yoxlama alətlərinin təkmilləşdirilməsi üçün bu prosesdə aktiv iştirak etməyə çağırıb. 

Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid şəxsi “Facebook” hesabında paylaşım edərək Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq prosesində iştirak edəcəyəm. Həmkarlarımı - yazıçıları, jurnalistləri, filoloqları da Azərbaycan dili bilgilərini yoxlamağa dəvət edib. 

Rəşad Məcid, həmçinin, “İngilis, alman və başqa dillərdə biliyin səviyyəsini müəyyənləşdirən imtahanlar barədə hamımız bilirik. Bəs bizim doğma Azərbaycan dili bilgilərini sertifikasiya edən imtahan prosesi niyə də keçirilməsin?”,- deyib. 

Mövzu ilə bağlı “Cebheinfo.az” Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevlə əlaqə saxlayaraq məsələ ilə bağlı mövqeyini öyrənib. Xalq yazıçısı imtahanda iştirak və yazıçıların da həmin imtahana yönləndirilməsi ilə bağlı suala cavabında məsələnin təfərrüatını haqqında ətraflı məlumatının olmadığını bildirib:

“Məni də həmin müşavirəyə dəvət etmişdilər. Amma o gün xarici qonaqlarım olduğuna görə iştirak edə bilmədim. Buna görə də məsələnin təfərrüatlarını bilmirəm. Təfərrüatları bilmədiyim bir məsələ haqqında danışmaq istəmirəm. Öyrəndikdən sonra cavab verərəm ki, bu, nə təşəbbüsdür və nə üçündür. Yazıçılar hamısı bu imtahana cəlb olunmalıdır, yoxsa yalnız Xalq yazıçıları? Hansı dərslər keçiriləcək? İmtahanları kim qəbul edəcək? Bu barədə hələlik məlumatım yoxdur. Sabah işə çıxanda öyrənəcəyəm”. 

Yazıçı Anar qeyd edib ki, əslində yazıçılardan yox, yazıçılar imtahan götürməlidirlər:

“Doğma dilin inkişafı birinci növbədə yazıçılardan başlayıb. Yazıçılar doğma dildə imtahan verməlidirlər? Yazıçılar bütün ömürlərini doğma dildə yazıb, doğma dildə müdafiə ediblər. Məncə, yazıçılar imtahan qəbul etməlidir, yazıçılardan imtahan götürülməməlidir. Amma hələlik konkret fikir bildirmək istəmirəm. Bəlkə də bu, çox məntiqli və xeyirli bir təşəbbüsdür. Təfərrüatları öyrəndikdən sonra daha ətraflı cavab verə bilərəm”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Açar sözlər: Anar Məleykə Abbaszadəsertifikasiya Yazıçılar Birliyi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Mart 2025 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see145

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri