Icma.az
close
up
RU
Təhsilin əhəmiyyəti nədir? İnsanlar bu həqiqəti nə qədər dərk edir?

Təhsilin əhəmiyyəti nədir? İnsanlar bu həqiqəti nə qədər dərk edir?

Icma.az, Mia.az saytına istinadən bildirir.

Vahid Tağıyev,

Təcrübəli, peşəkar təhsil işçisi

***

“Təhsil millətin gələcəyidir!” - HEYDƏR ƏLİYEV

***

Təhsilin əhəmiyyəti nədir? Və ya insanlar bu həqiqəti nə qədər dərk və ya ifadə edir?

Bu sual ilk baxışda sadə görünə bilər. Lakin müşahidələr göstərir ki, əksər hallarda bu suala verilən cavablar ümumi sözlər səviyyəsində qalır. Təhsilin real mahiyyəti, cəmiyyət üçün daşıdığı dərin əhəmiyyət çox zaman dolğun və əsaslandırılmış şəkildə ifadə olunmur. Bu səbəbdən məsələyə yenidən və daha ciddi münasibət göstərməyə ehtiyac olduğunu düşünürəm. Bu mövzuda əvvəllər sosial şəbəkələrdə yazılarım olub, indi də toxunmağımın əsas səbəbi məhz budur.

Təhsilə bəsit yanaşma problemi

Bu gün təhsilə yalnız diplom və ya gələcək dolanışıq mənbəyi kimi baxan yanaşmalar kifayət qədər yayılıb. Halbuki təhsilin əhəmiyyətini bu qədər dar çərçivəyə salmaq ciddi yanlışlıqdır.

Belə yanaşma:

- təhsilin mahiyyətini bəsitləşdirir,

- cəmiyyətdə məsuliyyətsiz gözləntilər formalaşdırır,

- uzunmüddətli perspektivdə isə müxtəlif neqativ sosial halların əsasını qoyur.

Bu, eyni zamanda təhsilin mahiyyəti ilə bağlı maarifləndirici və təbliğat işinin lazımi səviyyədə aparılmadığını da göstərir. Ailə tərbiyəsində və ümumitəhsil məktəblərində erkən yaşlardan uşaqlara təhsilin mənası və dəyərinin düzgün aşılanmaması, görünür, məsələnin sistemli təşkil edilməməsi bu boşluqları daha da dərinləşdirir.

Təhsil nədir: bilik, yoxsa şəxsiyyət?

Unutmamalıyıq ki, təhsil insana təkcə bilik vermir.

Təhsil insana:

- cəmiyyətdə mövqe,

- davranış mədəniyyəti,

-məsuliyyət hissi qazandırır.

Təhsil sadəcə oxumaq deyil - təhsil insan olmaq yoludur.

Bildiyini ifadə edə bilməmək problemi

 Narahatlıq doğuran digər mühüm məqam ondan ibarətdir ki, kifayət qədər təhsilli insanlar belə, bildikləri halda təhsilin əhəmiyyətini aydın, sistemli və inandırıcı şəkildə ifadə etməkdə çətinlik çəkirlər.

Deməli:

- təhsilin əhəmiyyətini bilmək başqa,

- onu düşüncədə aydınlaşdırıb sözə çevirmək tamam başqa məsələdir.

Bir dəfə intellektual potensialı yüksək olan onlarla gəncin iştirak etdiyi müzakirədə bu sualı səsləndirdim. Aydın, əsaslandırılmış və sistemli cavab eşitmədim.Bir daha müşahidə etdim ki, problem yalnız bilməməkdə deyil, həm də dərk ediləni ifadə edə bilməməkdədir.

Təhsil niyə cəmiyyət üçün həlledicidir?

 Əslində təhsil sadəcə diplom deyil.

Təhsil insanın:

- necə düşündüyünü,

- necə qərar verdiyini,

- necə yaşadığını,

-cəmiyyətə nə verdiyini müəyyən edir.

 Ölkənin hərtərəfli inkişafı iqtisadiyyatın yüksək templə irəliləməsini tələb edir. Bu isə elmi nailiyyətlərin, qabaqcıl texnologiyaların və müasir idarəetmə üsullarının tətbiqi ilə yanaşı, insanların müasir bilik və bacarıqlara yiyələnməsini zəruri edir. Bütün bunlar yalnız keyfiyyətli təhsil vasitəsilə mümkündür.

Təhsil - rifahın və dayanıqlılığın əsasıdır

Keyfiyyətli təhsil insanı əmək bazarında güclü edir, lakin bununla kifayətlənmir.

O, insana:

- inam,

- dayaq,

- seçim imkanı verir.

Təhsilli insan dəyişən dünyayanın yeni sahələrinə tez uyğunlaşır, rəqabətqabiliyyətli olur, texnologiyanı mənimsəyir, ömürboyu öyrənməyə açıq qalır.

Təhsil rifahdır - təkcə maddi deyil, həm də mənəvi rifahdır. Təhsilli insan sağlam həyat tərzini daha şüurlu seçir, ətraf mühitə daha məsuliyyətli yanaşır, ailədə, işdə və cəmiyyətdə örnək olur. Onun biliyi gündəlik davranışında, münasibətində və mövqeyində əks olunur. Özünün və cevrəsinin rahat və məmnun olmasına əsas yaradır.

Təhsil şəxsiyyət formalaşdırır

Təhsil insanı təkcə peşə sahibi etmir, şəxsiyyətə çevirir. Etik dəyərləri, məsuliyyəti və layiqli vətəndaş mövqeyini formalaşdırır. Cəmiyyət də məhz belə insanlar hesabına güclənir.

Nəticə olaraq:

Ona görə də təhsil sahəsində çalışan hər birimiz - müəllimlər, rəhbərlər, mütəxəssislər, habelə valideynlər - bu sualın cavabını sadəcə bilməklə kifayətlənməməliyik. Onu deməyi, izah etməyi və inandırmağı da bacarmalıyıq. Bu, həm də tərbiyədə, yetişən nəsildə dəyərlər formalaşdırmaq məsələsidir. İnsan əvvəl inanır, sonra hərəkət edir. İnancı formalaşdırmayan fikir isə təsirsiz qalır.

Unutmamalıyıq ki, “oxumuş adamsan, sən bilərsən” ifadəsi sadəcə gündəlik bir deyim deyil. Bu, cəmiyyətin təhsildən gözləntisinin və təhsilli insana yüklədiyi məsuliyyətin qısa və dəqiq ifadəsidir.

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:342
embedMənbə:https://mia.az
archiveBu xəbər 23 Dekabr 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri