Icma.az
close
up
RU
Anarla şairin məhkəmə qalmaqalı: İddiada dəyişiklik edilib

Anarla şairin məhkəmə qalmaqalı: İddiada dəyişiklik edilib

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, şair İlham Qəhrəman Azərbaycan Yazıçılar Birliyindən (AYB) ayrılması və mənzil bölgüsündə iddia etdiyi haqsızlıqlarla bağlı dərc olunan tənqidi yazısından sonra məhkəməyə verilib.

AYB-nin sədri, Xalq yazıçısı Anar Rzayev qarşı tərəfdən 5 000 manat məbləğində maddi təzminat və üzr tələb edir. İş üzrə növbəti məhkəmə iclası baş tutub.

Məhkəmənin gedişatı və yeni detallarla bağlı “Cebheinfo.az”-a açıqlamasında şair İlham Qəhrəman bildirib ki, məhkəmə prosesində qarşı tərəfdən heç kim iştirak etməyib.

Onun sözlərinə görə, Anar Rzayevin vəkilləri əvvəlki ittihamı dəyişdirərək məhkəməyə yeni ərizə təqdim ediblər:

“Qarşı tərəfdən heç kim iştirak etmədi. Məlum oldu ki, onların vəkilləri əvvəlki ittihamı dəyişdiriblər və yeni ərizə təqdim ediblər. İlk iddiada mənim "Kulis"dəki yazımdan 7 fraqmenti “şərəf və ləyaqəti alçaltmaq” kimi qiymətləndirmişdilər. Bildirmişdilər ki, bu cümlələr Yazıçılar Birliyinin nüfuzuna da zərər vurur. Buna görə 5 min manat təzminat, 100 manat məhkəmə xərci və üzr tələb etmişdilər. 

Bu, birinci məhkəmədəki ittiham idi. Budəfəki iddiada dəyişikliklər edilib. Məlum olub ki, Rəşad Məcidin və müşavir Raufun mənə qarşı irəli sürdüyü iddialar geri götürülüb. 7 fraqmentdən 3-ü çıxarılıb. Anarın isə 4 fraqment üzrə iddiası qüvvədə qalıb. Hakim məni dinlədi və növbəti məhkəmənin mayın 30-da keçiriləcəyini bildirdi. Həmçinin dedi ki, əlilliyim rəsmi sənədlə təsdiqlənməlidir. 

Mən də sabahı gün sənədləri təqdim etdim. Qanuna görə, dövlət tərəfindən ödənişsiz hüquqi yardım almaq haqqım var və bu barədə məhkəmə qərar verəcək. Anar müəllimin iddialarından biri belədir ki, “İndiyə qədər sədr kimi Anar qədər ədəbi meyarlara məhəl qoymayan ikinci bir adam tanımıram” demişəm. Növbəti məhkəmədə hakim bir daha deyəcək ki, əgər Anarın iddiası varsa, gəlib özü iştirak etsin. Bu, mülki işdir, iştirak edə də bilər, etməyə də. Amma hakim mənə dedi ki, iştirak etmək tövsiyə olunur”.

Şair qeyd edib ki, Anar Rzayev onunla bağlı ziddiyyətli açıqlamalar verir: 

"Ona sual verilib ki, istedadlı şair İlham Qəhrəmanı məhkəməyə vermisiniz, bu haqda nə deyə bilərsiniz? O isə cavab verib ki, onun yaradıcılığını oxumamışam, bu haqda heç nə deyə bilmərəm. Mən də hakimin qarşısında dedim ki, bu adam məni Yazıçılar Birliyinə şəxsən özü qəbul edib, üzvlük biletimi özü təqdim edib. İndi isə deyir ki, bu adamın heç nəyini oxumamışam. 

Əgər oxumayıbsa, Yazıçılar Birliyinin sədri kimi hansı meyarlara əsasən İlham Qəhrəmanı dəyərləndirə bilər? Necə deyə bilər ki, İlham Qəhrəman necə şairdir, onun yeri Azərbaycan ədəbiyyatında haradadır? Hakim bu sözlərdən sonra vəkilə üz tutdu. Vəkil isə heç nə deyə bilmədi. 

Mən 30 ilə yaxındır ki, “Ədəbiyyat qəzeti”nin redaksiya heyətinin üzvüyəm. Yazıçılar Birliyindən ayrılsam da, hələ də oranın üzvüyəm. Çoxsaylı kitablarım çap olunub. “Sarı Aşıq”, “Aşıq Alı”, Laçın folkloru və s. üzrə toplular tərtib etmişəm. Amma bütün bunlar Anarın gözündə heç bir dəyər daşımır”. 

İlham Qəhrəmanın sözlərinə görə, ikinci məhkəmədə hakim bəzi suallar cavab alıb:

“Məsələn, 2019-cu ildə 18 laçınlı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Bakıdakı səfirlikləri qarşısında piket keçirdi. Onlara bəyanat təqdim etdik ki, bu illər ərzində Minsk qrupu Qarabağ məsələsinin həlli istiqamətində heç bir real iş görməyib. Bununla bağlı ABŞ səfirliyindən katib həyətə çıxıb, məni qəbul etdi. 

Laçınlılar dedilər ki, şair getsin danışsın. Tərcüməçi vasitəsilə məni yarım saat dinlədi. Amma Anar 27 il ərzində məni 2 dəqiqə dinləmədi. Mən vaxtilə cənab Prezidentə yazdığım açıq məktubu da məhkəməyə təqdim etdim. Bildirdim ki, bu məsələ kökündə o məktub dayanır. 2011-ci ildə Anarı biabır edən bir şeir yazmışam. Anar məndən indi onun qisasını alır. Məni oxumayıbsa da, amma həmin məktubu mütləq və dəqiq oxuyub”. 

Yazıçı Anar məhkəmə ilə bağlı suallarımıza cavab vermək istəməyib.  

Əfsanə Rəcəb
"Cebheinfo.az" 

Açar sözlər: Anar İlham Qəhrəman iddia qalmaqal

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 May 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri