Tramp Epşteynlə bağlı iddiada qəzetə uduzdu
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ məhkəməsi Prezident Donald Trampın “The Wall Street Journal” qəzetinə qarşı qaldırdığı böhtan iddiasını rədd edib.
Modern.az xəbər verir ki, “The Guardian”ın məlumatına görə, oktyabrın 31-də hakim Darrin Geyls iddianı əvvəlki formada yenidən təqdim etmək hüququ olmadan rədd edib. Trampın aprel ayında iddia ərizəsinə dəyişiklik etmək cəhdi də nəticəsiz qalıb.
Mübahisəyə 2025-ci ilin iyulunda dərc olunan məqalə səbəb olub. Nəşr 2003-cü ildə Trampın Epşteynə üzərində ədəbsiz təsvir olan təbrik məktubu göndərdiyini iddia edib. ABŞ Prezidenti isə məktubun saxta olduğunu bildirib.
Məhkəmə Trampın jurnalistlərin qəsdən yalan məlumat yaydığını sübut edə bilmədiyi qənaətinə gəlib. Hakim həmçinin nəşrin məqalə dərc olunmazdan əvvəl Trampdan açıqlama almağa çalışdığını və onun təkzibini də materiala daxil etdiyini vurğulayıb.
“The Wall Street Journal” məhkəmənin qərarını alqışlayıb. Trampın hüquq komandası isə nəşrə qarşı mübarizəni davam etdirəcəklərini açıqlayıb.
Qeyd edək ki, sözügedən məktub 2025-ci ilin sentyabrında ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsi tərəfindən ictimaiyyətə açıqlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 01 Noyabr 2026 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















