Anası, atası, onun üçün müqəddəs olan hər şey... Erməni parlamentində türk sözü rezonansı
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı, sabiq səhiyyə naziri Arsen Torosyan 14 mayda Milli Məclisin tribunasından emosional çıxışı ilə gündəmə gəlib.
Ölkə.Az xəbər verir ki, o, çıxışı zamanı hazırkı hakimiyyətin nümayəndələrini təhqir məqsədilə “türk” adlandıranlara qarşı sərt ifadələr işlədib:
“Rəsmi şəkildə bəyan edirəm: bu, bütün keçmişlərə və sabah məni, komanda yoldaşlarımı və ya ümumiyyətlə kimisə təhqir məqsədilə "türk" adlandıracaq hər kəsə aiddir... Mən onun anasıyam, atasıyam, onun üçün müqəddəs olan hər şeyəm və ailəsiyəm,” – deyə deputat söyləyib və qürurla parlament tribunasını tərk edib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl dəfələrlə “türk” sözünün onun üçün təhqir xarakteri daşımadığını bildirib.
Baxış sayı:92
Bu xəbər 14 May 2025 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















